Qalstuk düyünlərinin bağlama qaydası

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 8 762
Səs ver:
(səs: 2)
4-ü əldə” adlı sadə düyünün bağlanma qaydası
«4-in-hand» - 4-ü əldə - asan bağlanan bir düyündür. Bu düyün ələlxüsus başlayanlar üçün tövsiyə olunur. Enli yaxalıqlar üçün qədər də münasib sayılmasa da, o istənilən yaxalıqlara uyğun gəlir. Bu düyün bir az assimetrik, nazik və uzun formaya malikdir.

Bu qalstuk daha çox idman geyiminə uyğun gəlir, nəinki rəsmi qeyimə. Yaranmasına və adına görə bu düyün 200 il bundan qabaq dumandan və küləkdən şərf və “4-in-hand” bağlayan ingilis faytonçularına borcludur, çünki faytonçular atları idarə edərkən əllərində 4 ədəd kəndir(cilov) saxlayırdılar.

Qalstuk düyünlərinin bağlama qaydası

Kent düyününün bağlanma qaydası
Qalstukun bu düyünü az sayda dolanma ilə seçilir. Düyün müvafiq olaraq balacadır, ona görə də Kent düyününü çox vaxt “balaca düyün” də adlandırırlar. O daha çox böyük kişilərə uyğun gəlir, ona görə ki o bir və ya hətta iki dəfə az dolanır və beləliklə qalstuk 6 sm daha uzun olur. Dolanma sayının az olmasına baxmayaraq onu bağlamaq elə də asan deyil. Burada düyünün yerində bərk oturması üçün xüsusi üsuldan istifadə etmək lazımdır.



İkiqat qalstuk düyünün bağlanma qaydası (Şahzadə Albert)
Şahzadə Albert – ikiqat düyün - sadə düyünün daha çətin variantıdır. Bu düyün, qalstukun ensiz hissəsi ətrafında əlavə dolanmalar yolu ilə həyata keçirilir. Bununla da qalstukun düyünü daha həcmli olur və yaxalıqda daha çox yer tələb edir. O hündür Kent, “Köpəkbalığı” və bütün digər uzun yaxalıqlar üçün uyğundur. Bundan əlavə, ensiz və hamar qalstuklar enli və kobud parçadan olan qalstuklardan daha yaxşı uyğun gəlir. Boyu balaca olan kişilərin həddindən artıq uzun qalstuklarla problemləri olur. Nə etmələrindən asılı olmayaraq, qalstukun ucları kəmər toqqanın üzərindən sallanır. Bu problemin həlli – qalstuku ikinci dəfə dolamaqdır. Xüsusi ilə böyük, lakın eyni zamanda uzun düyünü italyanlılar kimi sevənlər mütləq Şahzadə Albert düyününü bağlamağı bacarmalıdırlar. Onun bağlanma prosesi “4-in-hand” və ya sadə düyünün bağlanma prosesi ilə oxşardır



Sadə Vindzor düyününün bağlanma qadası
“Sadə” və ya “kiçik Vindzor” ikiqat Vindzor düyününə çox oxşayır, lakin ikinci dolanması ilmənin içindən keçmir. Onu keqel formasına görə tanımaq olur və yaxalığın ucları yaxın yerləşən köynəkləri və “Batten-daun” yaxalıqları üçün uyğun gəlir. Qalstukunuzun həqiqətən də mükəmməl görünməsi üçün, “Kiçik Vindzor” düyününün həcmi “sadə” və “ikiqat Vindzor” düyünlərinin arasında olmalıdır.



Ikiqat Vindzor düyünün bağlanma qaydası
“İkiqat Vindzor düyünü” və ya “böyük Vindzor düyünü” onu məşhur edən Vindzor hersoqunun şərəfinə adlandırılmışdır. Bu düyün, məsələn “Kent” və ya “Köpəkbalığı” kimi yaxalıq ucları ətraflara yayılan köynəklər üçün idealdır. Belə dizayn olduqda yaxalığın ucları qalstukun düyünü üçün yetərli qədər yer qoyurlar. Bu düyün növü çox geniş yayılıb, lakin bir qədər məharət tələb etdiyi üçün qalstuk bağlamaqda daha təcrübəli kişilər üçün daha uyğundur. Düyün bir qədər daha böyükdür və beləliklə astarlı qalstuklar üçün uyğun deyil. Bu düyün mükəmməl üçbucaq formasına malikdir.

(səs: 2)
Şərhlər: 5
Baxılıb: 8 762
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri