Hündürdaban ayaqqabıları ilk dəfə kişilər geyinib!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 569
Səs ver:
(səs: 1)
Kişi cinsinin gizli tərəfləri nələrdir?

Kişilər haqqında bir çox maraqlı faktlar var ki, onları bilmirik. Gəlin baxaq görək, kişilər haqqında nə kimi gizli və maraqlı faktlar var.

Son zamanlar dünyada təxminən 100 qıza 107 oğlan uşağı doğulur. Alimlər hesab edir ki, oğlan uşaqlarının sayının üstünlük təşkil etməsi onların körpəlik dövründə ölüm sayının üstünlük təşkil etməsi ilə əlaqədardır.

Yeni doğulan Oğlan uşaqlarının tələf olma ehtimalı qızların tələf olma ehtimalından 25% daha yüksəkdir.

Dünyada kişilər orta yaş dövrü 52-64 qadınlarda isə 76-68-dir.

Statistikaya görə dünyada kişilərin əsas ölüm səbəbi - Ürək xəstəlikləridir.

Mayalanmanın ilk 6 həftəsində bütün embrionlar qız hücüyrəsi kimi inkişaf edir, 6 həftədən sonra isə Y xromosomundakı SRY kişi geni androgen ilk növbədə testosteron ifraz etməyə başlayır hansı ki, kişi orqanlarını inkişaf etdirməyə, qadın əlamətlərinin isə inkişafını dayandırır. Nəticədə oğlan uşağı dünyaya gəlir.

Kişi cinsinin bioloji simvolu içərisindən ox çıxmış dairədir. Bu həmçinin Mars Planetinində simvolu sayılır. Hər iki komponent Qədim Romalıların müharibə Allahı Marsın qılınc və qalxanını əks etdirir.

Oğlan uşqalarnın «autizm» diaqnozu almaq ehtimalı qızlardan daha çoxdur.

Yeniyetmə oğlanlar qızlardan 4 dəfə çox məktəbi ataraq işləməyə başlayır. Bu isə oğlan uşaqlarının 75%-ni təşkil edir.

İş yerlərində qəza zamanı ölən insanların 94%-ni kişilər təşkil edir.

1900-cu ilədək dünyada sanitar kişilərin sayı tibb bacılarının sayından daha çox idi. Hazırda isə 10% təşkil edir.

Kişilər qadınlardan 3 dəfə artıq alkoqoldan asılı vəziyyətdə, 2 dəfə artıq isə narkotik vasitələrdən asılı olur.

Kişiləri qadınlardan 4 dəfə çox öldürürlər və qadınlardan 10 dəfə çox cinayət törədirlər.

Demək olar, hər ölkədə kişilər qadınlardan 2 dəfə çox özünə qəsd edir. Bəzi ölkələrdə (Rusiya, Çin, Braziliya və.s) isə Özünə qəsd edən kişilərin sayı qadınlardan 6 dəfə çox olur.

Orta yaşlı kişilərdə əzələ qatının sayı orta yaşlı qadınların əzələ qatından 50 % artıq, piy qatı isə 50% az olur.

İlk dəfə hündür daban ayaqqabıları monqol kişiləri ayaqları atın yəhərindən sürüşməsin deyə geyinmişdilər.

İlk geyşalar (yapon rəqqasələri) kişilər olub. İlk qadın geyşa isə 18 əsrdə üzə çıxmışdır.

Antropoloqların sözlərinə görə dünyada ən güclü atalıq hissinə malik olan kişi cinsli canlı, yalnız insanlardır.//Publika

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 5 569
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri