Qinekomastiya – qadın döşlü kişilər – Pivə süd vəzilərini böyüdürmü?

Şərhlər: 4
Baxılıb: 3 599
Səs ver:
(səs: 0)
20 il öncə kök və ya normaldan bir qədər artıq çəkili kişilərdə qadınabənzər süd vəziləri patologiyası az-az rast gəlinirdi və bu kişilər komplekslərinin əsiri olaraq görünüşlərindən utanar və o illərdə bu problemin cərrahi həlli icra olunmurdu. Bu gün isə kişilərdə iri süd vəzilərinin olması halları artıb, xüsusən yeniyetmə və gənclərdə çox rast gəlinir.
Həkimlər bunun səbəbini hormonal disbalansda, hormonal dərmanlarla yetişdirilən toyuq əti və ət məhsullarında, qeyri-sağlam qidalanmada, eləcə də artıq hamiləlik zamanı döldə baş verən dəyişikliklərdə görür.

Çox zaman valideynlər oğlan uşaqlarının cinsi inkişaf dövründə və yetkinlik yaşında süd vəzilərinin anormal dərəcədə inkişaf etdiyini görsə də, müdaxilə etməyə tələsmir, böyüyəndə keçəcək düşünür. 

Böyüdükcə isə gənc kişilər həkimə getməyə belə çəkinir və bununla barışır.

Halbuki bu xarici qüsur, nöqsan yox, daxili problemlərdən qaynaqlanan xəstəlikdir və bütün xəstəliklər kimi onun da müalicəsi var.

Süd vəzilərinin patoloji dəyişikliyi 2 formada olur: Yalançı forma – piyli dəyişiklik, Vəzi – yəni süd vəzinin özünün  toxumasının həqiqi dəyişikliyi.

Yaranma səbəblərindən asılı olaraq isə fizioloji və patoloji olur.

Fizioloji dəyişiklik, böyümə yenidoğulmuşlarda və körpələrdə çox olur. Çünki onlara plasenta ilə anadan qadın hormonları normadan artıq təmas edir. Bu dəyişiklik müalicə tələb etmir, 1-2 aya düzəlir. 

Yeniyetmələrdə testosteron defisitindən və hormonal disbalansdan yarana bilər, amma bu vəziyyətin keçici olub-olmayacağını endokrinoloqla birgə aktiv müşahidə altında bilə bilərsiniz.

Yaşlı kişilərdə isə 60-80 yaşında kişi cinsiyyət hormonlarının azalması səbəbindən yaranır.

Əsas səbəb:
90% hallarda testosteron səviyyəsinin enməsi, çatışmamasıdır. 

Digər səbəblər: maddələr mübadiləsi pozulması, alimentar piylənmə, şəkərli diabet, qalxanvari vəzin hiperfunksiyası, hipofiz adenoması, prostat adenoması, böyrəküstü vəzilərin pozulması, qaraciyər, böyrək xəstəlikləri, ürək, damar problemləri, QİÇS infeksiya, zərərli vərdişlər, qeyri-sağlam qidalanma, psixotrop dərmanlar və antidepressantların qəbulu.

Əlamətlər
Vizua olaraq böyümə, sallanma, ölçünün 5-13 sm diametrdə böyüməsi, oreolun genişlənməsi, dəridə ləkələr, gilədən ağımtıl axıntı, toxunanda ağrı, köynək və geyimin sürtünməsindən diskomfort.

Bu kişilərdə erkən impotensiya başlayır. Saçlar tökülür. 

Əgər süd vəzinin biri ölçüdə böyüyürsə, o zaman şiş prosesindən şübhələnmək lazımdır.

Diaqnozu
Bu problem üçün endokrinoloqa müraciət etmək lazımdır. Eləcə də mammoloq digər patologiyaları inkar etməlidir. Süd vəzilərinin vəziyyətinə USM –də baxılır. Hormonlar yoxlanılır: qadın-kişi hormonlarından hansı çoxdur. Ağciyərlər rentgen edilir. Eləcə də hipofizə baxmaq üçün başın MRT-si. 

Müalicə:
Səbəb və gedişatdan asılı olaraq dərman, hormonal terapiya, zahirən estetik görünüş üçün plastik cərraha müraciət olunur və əməliyyatla süd vəzilər kiçildilib kişi süd vəzisi formasına salınır.

Pivə süd vəzilərini böyüdürmü?
İnsanlar arasında belə bir fikir yayılıb ki, pivə kişilərin qarnını və sinəsini böyüdür.

Əvvəllər bu fikir inkar olunsa da, indi alimlər son araşdırmalar nəticəsində belə nəticəyə gəlib ki, həddən artıq pivə içən kişilərdə süd vəziləri böyüyə bilir. Buna səbəb pivə hazırlanmasında istifadə olunan xmelin fitoestrogen tərkibli olmasıdır. Yəni bu bitki qadın hormonlarına yaxındır.

Mütəxəssislər bildirir ki, əgər daha az estrogenli xmel istifadə olunsa, o zaman pivənin belə təsiri baş verməz. Günə 1 bokal pivə içməklə təbii ki, estrogenlər artmır. Bu, günə 7-8-10 bokal pivə içən kişilərə aiddir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 599
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri