Andropauza - Kişilərdə klimakterik dövr

Müəllif: YalniZ-ArZu
Şərhlər: 0
Baxılıb: 2 650
Səs ver:
(səs: 0)
Çoxları klimaksın yalnız qadınlara məxsus bir dövr olduğunu düşünür. Amma kişilər arasında da klimaks ən çox yayılan problemlərdən biridir. Qadınlarda 45 yaşdan sonra başlayan bu problem kişilərdə daha erkən yaranır.

Qadinla.com xəbər verir ki, 35 yaş tamam olduqdan sonra kişi yumurtalıqları hər gün əvvəlkindən az testosteron hazırlamağa başlayır. Testosteronun miqdarının bu cür azalması tədricən hiss olunur. O, özünü 20 il ərzində büruzə verir. Bu dəyişikliklər klimaks xəstəliyinin yaranmasına səbəb olur.

Tibb elmində "andropauza" adı ilə tanınan xəstəlik kişilərdə sonsuzluğa gətirib çıxarır. Xəstəlik gizli inkişaf etdiyi üçün kişilərə 35 yaşdan sonra ildə ən az 3 dəfə həkim müayinəsindən keçmələri məsləhət görülür. Çünki xəstəlik kişilərdə hormonal dəyişikliklərələ nəticələnir. Xəstəlik zamanı testosteron öz oxu ətrafından çıxır. Hüceyrələr onu qəbul və ifrazetmə qabiliyyətini itirir. Eyni zamanda testosteron qəbul edən hüceyrələr də zəifləməyə başlayır. Kişilərdə klimaks dövründə cinsiyyət vəzilərinin funksiyası itir.

Klimaksın erkən yaşda başlamasının səbəbləri

· Stress

· Oturaq iş şəraiti

· Düzgün qidalanmamaq

· İstirahət rejiminin olmaması

· Aqressivlik

· Peşə xəstəlikləri

· Kompüter qarşısında həddindən çox oturmaq

Əlamətləri:

· İstilik

· Hava çatışmazlığı

· Başgicəllənmə halları

· Yorğunluq hissi

· Gərginlik

· Yuxusuzluq

Fəsadları:

Kişilər klimaks dövründə tez-tez depressiyaya düşürlər. Klimakterik dövrdə kişilərdə ürək-damar sistemi, sinir sistemi, cinsiyyət orqanları, sidik və endokrin sistemdə pozulmalar baş verir. Kişilərin 10-20 faizində məhz bu dövrdə nevroz xəstəliyi baş verir.

Xəstəliyi sürətləndirən proseslər:

Bəzi dərman preparatlarının qəbulu kişi klimaksının erkən yaşda başlamasına və sürətli getməsinə gətirib çıxarır. Bunlar arasında kardioloji preparatlar birinci sıradadır.

Profilaktik tədbir:

Kişilərdə yaşlandıqca cinsi potensialın zəifləməsi (və ya tamamilə itməsi) normal haldır. Amma bunun qarşısını almaq və vaxtında müdaxilə etmək lazımdır. Kişi həyat tərzini, iş rejimini elə qurmalıdır ki, klimaks dövrü ondan çox uzaq olsun. Gün ərzində təmiz havada gəzməli, idmanla məşğul olmalı, "fast-food"dan kənar durmalıdır. İldə iki dəfə "uro-androloji" müayinədən keçmək lazımdır.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 650
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri