Kişi cinsiyyət hormonları

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 3 699
Səs ver:
(səs: 2)
Kişi cinsiyyət hormonları androgenlər adlanır. Bunlara aiddir:
- testosteron
- androsteron
- dehidroepiandrosteron.
Bu hormonlardan ən yüksək bioloji fəallığa malik olanı testosterondur. Ümumiyyətlə belə hesab edilir ki, cinsiyyət vəzilərində yalnız testosteron sintez edilir. Androgenlərin digər nümayəndələri isə testosteronun metabolizmi nəticəsində vəzidən kənarda əmələ gəlir.
Testosteron erkək cinsiyyət vəzilərinin intersistal toxumasında yerləşən Leydiq hüceyrələrində sintez edilir. Hormonun nisbətən az hissəsi böyrəküstü vəzin qabıq maddəsində, qadın orqanizmində isə yumurtalıqda sintez edilir. Androgenlər qana ifraz edilir. Qanda testosteronun 98%-ə qədəri qlobulinlə birləşmiş halda ,2%-i isə sərbəst şəkildə olur.
Qaraciyər sirrozu, hipertrioz və hipoqonadizm zamanı qanda cinsiyyət hormonları ilə birləşən qlobulinin miqdarı artır. Bu qlobulin, testosterona nisbətən asanlıqla birləşir. Buna görə də onun orqanizmdə testosteronla estrogenlər arasındakı müvazinətin saxlanılmasında rolu vardır.
Androgenlər kişi fərdlərin boy artımını, cinsiyyət üzvlərinin inkişafını, onlarda ikincili cinsi əlamətlərin və cinsi reflekslərin meydana çıxmasını tənzim edir. Bu hormonlar toxumalarda zülalın biosintezini sürətləndirir, əsas mübadiləni və qanda eritrositlərin miqdarını artırır, sklet əzələlərinin inkişafını sürətləndirir.
Aparılan müşahidələr kiçik yaşlarında axtalanmış oğlanlarda, ikincili cinsi əlamətlərin meydana çıxmadığını təsdiqləmişdir. Belə ki, yetkinlik yaşına çatmamış və axtalanmış kişilərdə borulu sümüklərin epifizar hissəsinin sümükləşməsi ləng gedir, onların boyları qeyri-mütənasib şəkildə uzun olur, aşağı ətrafları gövdəyə nisbətən uzun, dərialtı piy qatı xeyli inkişaf etmiş olur. Onlarda piylənmə qadın tipli olur. Belə kişilərin üzünə və sinəsinə tük çıxmır və kişi cinsiyyət orqanı inkişafdan qalır.
(səs: 2)
Şərhlər: 0
Baxılıb: 3 699
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri