Maço olmaq şərt deyil

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 117
Səs ver:
(səs: 1)
ABŞ Tibb İnstitutunun mütəxəssisləri apardıqları araşdırma nəticəsində belə qənaətə gəliblər ki, spermanın keyfiyyəti kişinin intelektual səviyyəsindən asılıdır. 425 nəfər kişinin intelektual qabiliyyətini yoxlamaq üçün testdən keçiriblər.

Məlum olub ki, intelekt səviyyəsi yüksək olanların sperması daha "keyfiyyətlidir”. Belə ki bu uyğunluq iştirakçıların yaşından və sağlamlıq durumundan asılı olmayaraq hamısında müşahidə olunmuşdur.

Qadınları aşağı tembrli səsi olan kişilər daha çox cəlb etsə də, onların spermalarının keyfiyyət göstəriciləri daha aşağı idi. Bu məlumat isə Qərbi Avstraliya Universitetinin mütəxəssislərinə aiddir.

54 kişi və 30 nəfər qadının iştirak etdiyi bir tədqiqat zamanı qadınlar arasında qalın tembrli səsə malik olan kişilərin rəğbət qazandığı aşkar edilmişdir. Daha sonra həmin "maço”ların spermasını analiz etdikdə göstəricilərin aşağı olması hamını təəccübləndirmişdir.

Ekspertlər bunun izahını tapa bilməsələr də, düşünürlər ki, kişilərin xarici görkəminə əsl kişilik siması bəxş edən testosteron hormonu digər sahədə özünü biruzə verə bilmir. Qadınsayağı üz cizgilərinə sahib olan kişilər isə qadınlar tərəfindən bəyənilməsə də "ata” olmaq üçün daha yararlıdırlar. Buna görə də çox uşaq sahibi olmaq istəyən xanımlar zərif görünüşlü, özlərinə arxa tapmaq istəyənlər isə "maço” tipli kişilərə üstünlük versinlər.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 117
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri