Kişilərdə klimaks olurmu?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 8 876
Səs ver:
(səs: 2)
Kişilərdə klimaks olurmu?
Hər bir insanın, həm kişi həm də qadının həyatında klimaks adlanan bir yaş dövrü var  ki , bu zaman orqanizmdə yaşla əlaqədar fizioloji dəyişikliklər baş verir. Sadəcə kişilərdə bu proses qadinlardan fərqli olaraq daha gec başlayır (50-60 yaş), və daha yumşaq keçir.

Kişi orqanizmində nə baş verir?
Kişilərin əsas hormonu olan testesteronun miqdarı azalmağa və nəticədə seksual funksiyalar sönməyə başlayır.
Testesteron belə demək olar ki, kişini kişi edən hormondur. Əzələsinin gücü, üzünün tükü, sümüyünun bərkliyi, enerjisi və aktivliyi, spermasının miqdarı və keyfiyyəti, seksual həvəsi və seksual aktı normal yerinə yetirmək qabiliyyəti –hamısı ondan asılıdır.

Bəs nə etmək olar?
Zamanı saxlamaq olmaz.  50 yaşdan sonra tədricən testesteron hormonunun miqdarının azalması qaçılmazdır. Sadəcə bu prosesin surətini azaltmaq, bəzi hallarda əvəzləyici hormonal müalicə tətbiq etmək olar.

Qeyd etmək istərdik ki, qəbul etdiyimiz qida testesteronun qanda miqdarına təsir edir.
Aktiv həyat tərzi sürən, zərərli vərdişləri olmayan, düzgün qidalanan kişilər 80-da da aktiv seksual həyatlarını davam edə bilirlər.
Son olaraq—qışa yayda tədarük görüldüyü kimi qocalığa da cavanlıqdan hazırlaşmaq lazımdır.! Sağlam həyat tərzi və profilaktik tibbi müayinələr, kişi ömrünüzü xeyli uzada bilər.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 8 876
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri