Kişiləri anlamaq çətindir

Müəllif: Wiyinka
Şərhlər: 4
Baxılıb: 3026
Səs ver:
(səs: 1)
Kişiləri anlamaq həqiqətən çətindir, amma imkansız deyil. Hətta onunla yaxın dost belə ola bilərsiniz. Necəmi?
1. Onunla eyni dili danışa bilməyiniz üçün ən vacib şey futbolla maraqlanmağınızdır. Sizə qəribə gəldi, düzdür? Haqlısınız, amma kişilərin idmana marağı olduğu üçün onunla ayaqlaşmalısınız.
2. Nədənsə kişilər xoşlandıqları qadınlardan danışarkən tez qulp qoyuruq. Artıq bundan imtina etməlisiniz. Onun sizə bəhs etdiyi qadınlardan xoşlanmasanız belə haqqında pis danışmamalısınız, yoxsa çox əsəbləşər.
3. Play-station üçün çıxan bütün oyunları onunla birgə izləməlisiniz.
4. Təraş olmayıbsa, bir söz deməyin. Siz hər gün təraş olmağın nə olduğunu bilirsinizmi?
5. Onunla birgə alış-verişə getməyi ağlınıza belə gətirməyin. Birlikdə sadəcə olaraq kişilər üçün olan mağazalara gedə bilərsiniz. Onsuz da digərlərinə getmək istəməyəcək.
6. Axmaq, şit zarafat edəndə gülməlisiniz. Hətta siz də ona qoşulmalısınız. 7. Hər gün köynək və corab dəyişdirməyin nə qədər gərəksiz olduğunu bilmirsiniz? Elə indi bilsəniz, yaxşı olar.
8. Nəsə danışanda başa düşmədiyinizi ona deməyin. Sonradan birtəhər başa düşərsiniz.
9. Sizin yanınızda olarkən dostlarıyla maraqlanırsa, qısqanmayın. Zamanla sizin varlığınızı qəbul edəcəkdir.
10. Onun tərzini tutun.
11. Cib telefonlarının markalarını, modellərini biməyiniz faydalıdır. Belə vacib bir mövzunu bilmədiyiniz zaman pərt olmaq istəməzsiniz, düzdürmü?
12. Onun dostlarını əsla tənqid etməyin, çünki buna dözməz! Dostlarına görə onunla dava etməyə dəyməz...
13. Yanınızda olanda kalori hesabı etməməlisiniz. Aldığınız kalorini onsuz da tez bir zamanda itirəcəksiniz.
14. 24 saat romantika olmaz...
15. Onun yanında olanda evlilikdən danışmayın. Kişilər evlilik mövzusunda bir az həssasdırlar.
Kişilər sizin ona olan isti münasibətinizi gördükdən sonra, inanın, çox dəyişəcəklər. Əgər sakit, sözsüz-söhbətsiz yaşamaq istəyirsinizsə, nə etməlisiniz? Kişilərlə ayaqlaşmalısınız. Qadın böyük qüvvədir - deyirlər. Hər şey sizin əlinizdədir. Əgər həyat yoldaşınızın dilini tapsanız, hər şey qaydasında gedəcək.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3026
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri