Kişilər üçün ideal qadın obrazı eynidir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 852
Səs ver:
(səs: 1)
Amerikanın "Queens” Universitetində 4000 qadın və kişi arasında aparılan bir araşdırma bu iki cins arasındakı daha bir fərqli cəhəti ortaya çıxarıb. Sorğu iştirakçılarına qadın və kişi şəkilləri paylanılıb və onlardan görünüş baxımından ideal hesab etdikləri qarşı cinsin şəklini seçmələri tələb olunub. Bu araşdırmanın nəticələrinə nəzər saldıqda məlum olub ki, demək olar ki, əksər kişilər təxminən eyni görünüşlü xanımları daha gözəl hesab edirlər. Kişilərin çox hissəsi ya eyni qadını, ya da ona bənzər üz və bədən quruluşuna sahib qadını daha gözəl hesab ediblər. Mütəxəssislər buradan belə qənaətə gəliblər ki, çox kişilər üçün gözəllik anlayışı eynidir. Kişilərin xəyallarında canlandırdıqları ideal qadın obrazı bir-birinə yaxın olur.
Qadınlar arasında keçirilən eyni təcrübə isə birincinin nəticələrindən xeyli fərqlənib. Eyni üsulla qadınlara da müxtəli görünüşlü kişi şəkilləri paylanılıb və ən yaraşıqlı hesab etdikləri qarşı tərəfin şəklini seçmələri istənilib. Bu zaman qadınların seçimləri bir-birindən kəskin surətdə fərqlənib. Bir qadının çirkin hesab etdiyi kişi digər bir qadın üçün ideal tərəf müqabili kimi qiymətləndirib
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 5 852
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri