Kişilərdə klimaks dövrü hansı yaşda başlanır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 28 742
Səs ver:
(səs: 1)
İstər kişi, istərsə də qadın - hər bir insan orqanizmi yaşa uyğun olaraq dəyişikliklərə məruz qalır. Əksər kişilər klimaks dövrü yaşamalarından xəbərsizdir. Bəli, kişilərdə klimaks dövrü olur. Sadəcə olaraq, bu dövr kişilərdə daha gec yaşlarında baş verir və adətən qadınlara nisbətən daha az əlamətlərlə müşayiət olunur. Tibbi dildə andropauza adlanan bu proses kişilərdə əsasən 50 yaşdan sonra cinsi istək, cinsi güc, impotensiya, yorğunluq, yuxu problemi, hissi dəyişikliklər, depressiya, osteoparoz, artıq çəki (piylənmə) və əzələlərin fəaliyyətinin azalması ilə müşayiət olunur.

Adətən, kişi klimaksı 60 yaşlarında özünü büruzə verməyə başlayır. Bu dövrdə kişi orqanizmində kişi cinsi hormonu olan testosteronun hazırlanması azalmağa başlayır. Testosteron hormonu özünün əsas cinsi hormon olması vəzifəsindən başqa, kişi orqanizminin bir çox orqan və sistemlərinin (ürək-qan qamar, sinir, sidik-cinsiyyət, endokrin və digər) fəaliyyətinə nəzarət edilməsində də iştirak edir. Qanda testosteronun azalması nəticəsində bütün bu orqan və sistemlərdə də müxtəlif pozğunluqlar yaranmağa başlayır. Yəni bütün bunlar qadın klimaksı zamanı qanda qadın cinsi hormonları olan estrogenlərin çatışmazlığı nəticəsində ürək, beyin, sümüklər və digər orqanlarda baş verən dəyişikliklərə və nəticələrə çox oxşayır. Qadınlarda olduğu kimi, kişilərdə də sümüklərin möhkəmliyinin azalması prosesi inkişaf edir. Bundan başqa, klimaks dövrlərində olan bir çox kişilərdə ürək nahiyəsində ağrılar, tezləşmiş ürək döyüntüləri, tutmaları olur. Gələcəkdə sağlamlığında gözlənilə bilən belə pozğunluqların profilaktikası üçün kişilər cavan yaşlarında düzgün həyat tərzi sürməlidirlər. Onlar siqaret çəkmək, spirtli içkilər qəbul etmək və digər zərərli adətlərdən imtina etməli, düzgün qidalanmalı, xeyli hərəkətli olmalıdırlar. Ürək-qan damar və digər xəstəliklərin profilaktikası üçün vitamin kompleksləri, immunomodulyatorlar və xüsusi dərman preparatlarının qəbul edilməsi, kişilərə hormonal sistemdəki dəyişiklikləri daha yüngül keçirməyə və həyatın sonrakı yeni dövrünə daha asanlıqla daxil olmağa kömək etmiş olur. Nadir hallarda kişilərdə klimaks prosesinin gedişi patoloji xarakter ala bilər. Bu zaman klimaks dövrü keçirən qadınlarda olduğu kimi, kişilərdə də "istilik gəlməsi", sifətin və boyunun qızarması, tərləmə, baş ağrıları, bədən çəkisinin kəskin şəkildə artması, müxtəlif maddələr mübadiləsi pozğunluqları (bu səbəbdən şəkərli diabet də yarana bilər) və s. bu kimi əlamətlər yarana bilər. Ancaq təkrar edirik ki, bu əlamətlər heç də mütləq olaraq deyil, istisna halları kimi meydana çıxa bilər. Hər hansı bir kişi özündə patoloji klimaksın əlamətlərinin olduğunu hiss etmiş olarsa, müalicə təyin edilməsi məqsədi ilə mütləq həkimə müraciət etməlidir. Çünki bütün dünyada həkimlər yaşlı insanların cinsi problemlərini mütləq diqqətə alıb, lazımi müalicələrin aparılması üçün əllərindən gələnləri etməkdədirlər.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 28 742
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri