Ata olmaq kökəldir

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 2 951
Səs ver:
(səs: 1)
ABŞ-da aparılan bir araşdırmaya görə, ilk uşaq dünyaya gələndən sonra kişilər orta hesabla 2 kilo kökəlir. Araşdırma "Amerika kişi sağlamlığı” jurnalında dərc olunub.

Bu qənaətə ABŞ-dakı "Northvestern” Universitetindən doktor Kreyq Qarfield başçılıq etdiyi qrupla birgə apardığı araşdırma nəticəsində gəlib. Araşdırmada təxminən 10 min kişi iştirak edib.

Araşdırma rəhbəri Qarfield bunu kişilərin ata olduqdan sonra həyat tərzinin dəyişməsi ilə izah edib. Qarfield uşaqdan sonra kişilərin çiynindəki məsuliyyətin artdığını, ailənin bütün problemlərini özü həll etdiyi üçün idmana getmədiyi ilə əlaqələndirib. Bundan başqa, uşaq olan evə dondurma, qurabiyə kimi qidaların daha çox girdiyini, adətən, kişilərin uşaqların yeməyindən də yediyini vurğulayıb.

Alimlər  ataların kökəlməsini və bədən çəkisinin artmasının ürək, şəkər və xərçəng kimi xəstəliklərə səbəb olduğunu da bildirib.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 951
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri