Kişilər haqqında doğrular və yanlışlar

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 2 827
Səs ver:
(səs: 1)
Mütəxəssislər kişilər haqqında suallara cavab verirlər.

Doğrudur ki,kişilərin çoxunun kirpiyi qadınlarınkından uzun olur?
Bu yanlışdır.Saçın sıxlığı,həmçinin kirpiklərin uzunluğu insanın genetik xüsusiyyətindən,yaşadığı yerin iqlimindən və həyat tərzindən asılıdır.Burada cins heç bir rol oynamır.Ona görə də uzun kirpiklər nəsillikcə həm sizə,həm də sevgilinizə keçə bilər.

Niyə kişilərdə sellülit olmur?
Sellülit kişi fiziologiyasına xas bir göstəriş deyil.Hər şey piy hüceyrələrinin yerləşməsindən və quruluşundan asılıdır.Kişilərdə hüceyrələr arasındakı məsafə azdır,dəri səthinə çəpəki istiqamətdə yerləşib.Qadınlarda isə hüseyrəarası məsafə çoxdur və onlar dəriyə perpendikulyar istiqamətdə yerləşib,ona görə də piy hüceyrələrindəki istənilən dəyişiklik gözəçarpan olur.
 
Niyə kişilər tez-tez xoruldayırlar?
Statistikaya görə,kişilər qadınlardan 8-10 dəfə daha tez xoruldayırlar.Siqaretçəkmə,alkoqoldan istifadə,artıq çəki və qeyri-sağlam həyat tərzi xoruldamağa səbəb olur.Burada piy hüceyrələrinin də rolu az deyil.Belə ki,qadınlarda piy hüceyrələri əsasən bədənin aşağı hissəsində, kişilərdə isə əksinə,yuxarı hissədə yığılır,bu da nəfəsalmaya mənfi təsir göstərir.

Kişilər ağrını qadınlara nisbətən daha çətin keçirirlər?
O qədər də yox. Bəli, qadınlarda ağrı hissiyyatının həddi kişilərə nisbətən daha yüksəkdir. Belə olmasaydı qadınlar menstual və doğuş ağrılarına dözə bilməzdilər.Amma kişilər başqa növ ağrılara,məsələn,ani zərbəyə daha dözümlüdürlər.
 
Kişilərə kompüteri dizlərinin üstünə qoymaq ziyandır?
Bəli,çox ziyandır! Tibbdə belə bir anlayış da meydana gəlib: menecer sindromu: dizinin üstə kompüterlə çox zaman keçirən insan sağlamlığını böyük təhlükə altına atmış olur.Yumurtalıqlarda yerləşən rüşeym kanalları şüalanmaya həssas olduğundan kompüterdə olan elektromaqnit dalğalarının uzunmüddətli təsiri uşaq əmələ gətirmə funksiyasına təhlükə yaradır.

Niyə kişilər qadınlardan fərqli olaraq çoxlu maye qəbul etdikdə uzun müddət ayaqyoluna getməyə bilirlər?
Kişilərdə daxili orqanlar,həmçinin sidik kisəsi də qadınlarınkına nisbətən böyükdür. Onlarda sidik ifraz edən kanal da daha uzundur.Amma bu,ayaqyoluna tez və ya gec getməyə heç bir dəlalət etmir.Burada məsələ individualdır.

Kişilərin qarnı həqiqətən pivə içməkdən kökəlir?
Bəli,pivədə qadın hormonu eksiragen 8-in bitki analoqu var.Pivəni mütəmadi içən kişilərin orqanizmi bu hormona reaksiya göstərir və piy hüceyrələrini məhz qarın nahiyəsində toplayır.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 827
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri