Qızla danışmaq üçün 15 mövzu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 115 264
Səs ver:
(səs: 27)
Film – universal mövzu. Bu sual ilə başlayırıq: "Sən kinoteatrda olmusan?”. Nələrə baxmağı sevdiyini, gecə seanslarına gedib-getmədiyini aydınlaşdırırıq, yeni filmlər haqqında danışıb onu filmə dəvət edirik – uğur qarantidir!

Maraqlar. Məsələn, təkərli konki sürmək və ya markalar toplamaq. İlk olaraq biraz söhbət etdikdən sonra onuda sürməyə dəvət edin. Əgər bacarmırsa, öyrədəcəyinizə söz verin. İkinci – sevimli markanızla bağlı bir sevgi əhvalatı danışın və onu kolleksiyanıza baxmağa dəvət edin. Söhbət zamanı qızı nələrin cəlb etdiyi ilə maraqlanın, ona bu barədə danışmaq üçün vaxt verin.

Ədəbiyyat. Qız oxumağı sevir? Əgər sevirsə – irəli. Son vaxtlar nələri oxuyub? Sevimli yazıçısı hansıdır? Öz oxuduqlarınızdan danışın. Onun bəyəndiyi kitabın yeni seriyasını oxumusuz? Ona oxumağa verəcəyinizə söz verin.

Muzeylər və yadda qalan yerlər.
İstənilən şəhərdə bunlar çoxdur. Sizə lazım olan əlinizə bir bələdçi almaq və ən çox olduğunuz yerlər haqqında informasiyanı yadda saxlamaqdır. İstədiyiniz zaman intelletktinizi göstərə bilərsiniz: "Sən bilirsən ki, Puşkin (James Bond, Carlson) bu evdə yaşayıb?”. Qızın getməyi xoşladığı yerlərlə maraqlanırıq, ona sevimli parkımız haqqında sevgi hekayəsi danışırıq və onu gəzməyə dəvət edirik. Xoş istirahətlər!

Zərərli vərdişlər. Yaxşısı "xoş qüsurlar” haqqında danışmaqdır: daim gecikmək adəti, qələmini itirmək və ya əksinə, bilmədən tanışlarının qələmlərini özündə saxlamaq. Əsas odur ki, şən və əyləncəli olsun.

Pul. Gündəlik gediş-gəlişə, yeməyə , disklərə və kitablara nə qədər pul sərf edildiyindən danışmaq, söhbətə başlamaq üçün yaxşı mövzudur. Lakin bunu uzatmaq lazım deyil, yoxsa sizin xəsis olduğunuzu düşünə bilər. Bu haqda bir-neçə fikir bildirdikdən sonra başqa mövzudan danışmağa başlayın. Məsələn, yeməkdən.

Yemək. Onu sevimli kafenizə və ya istirahət günləri şəhərə dəvət etmək tamamilə məntiqli olacaq.

Səyahətlər, gəzintilər. Bu yaxınlarda getdiyin bir səyahətdən danışmaq olar. Qızın hansı yerlərə getməyi sevdiyini, hansı havada gəzməyi sevdiyini, haralarda olmaq istədiyini soruş.

Avtomobillər, nəqliyyat.
Qızın maşın sürməsi ilə maraqlanın. Əgər sürmürsə, sürmək istəyi olub-olmadığını öyrənin. Hansı avtomobillərdən xoşu gəlir? Başqa hansı nəqliyyatları idarə etmək istərdi? Kosmik gəmi, yoxsa zirehli avtomobillər? Xəyallarınızdakı avtomobil haqqındakı düşüncələrinizi ona danışın.

İş və təhsil. İşinizdəki və ya təhsil praktikalarınızdakı gülməli hallardan danışın. Kollektivlə münasibətləri, ortaq bayramların keçirilib-keçirilməməsi, müəllimlər və müdriyyət haqqında soşuşun. Bu hekayələrin içində mütləq gülümsəyəcəyiniz ortaq bir şeylər tapılacaq.

İstirahət. İstirahət günləri nə ilə məşğul olursuz? Bu suala verilən istənilən cavabı nə olursa-olsun tənqid etmirik, hətta qız bütün günü divandan qalxmadan şirniyyat yeyirsə belə. Bəlkə onun dəhşətli dərəcədə gərgin işi var və bu ona stress atmağa kömək edir. Sizin vəzifəniz söhbəti davam etdirməkdir.

Sağlamlıq. Burda deməyin tam vaxtıdır ki, açıq havada velosiped sürmək, zirzəmidə kley iyləməkdən yaxşıdır. Bu mövzu haqqında birlikdə filosofluq etmək olar. Əlbətdə ki, qız sizin əxlaqi mühazirələrinizdən bezmirsə.

Münasibətlər. Burada onun necə oğlanla qarşılaşmaq istədiyini öyrənmək olar. O nələrə dözməyəcək: acgözlük, bezdiricilik, xəyanət və s. Cavab olaraq öz düşuncənizi bildirin. Dostları haqqında soruşun, öz dostlarınızdan danışın.

Geyim. Onun gözəl xarici görünüşünə mütləq kompliment söyləyin. Öz sevimli şalvarlarınızla bağlı zarafat edin. Podiumda işləyən oğlanlarla bağlı düşüncələrini soruşun. Fikir bildirin ki, qadın istənilən geyimdə gözəldir – hər bir əsl kişi bunu bilir.

Seks. Siz qızı öz cinsi üstünlüklərinizi bildirərək şoka sala bilərsiz. Düzdü, nəticə çox şübhəli olacaq. Münasibətlərinizin həqiqətən yaxın olmasını gözlə. Hələlik isə, məhşur cütlüklərin bir-birlərinə yaraşıb yaraşmadıqlarından danışa bilərsiz.
(səs: 27)
Şərhlər: 9
Baxılıb: 115 264
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri