Kişilərin diqqətini cəlb edən 5 xüsusiyyət

Müəllif: Catwoman666
Şərhlər: 4
Baxılıb: 4 227
Səs ver:
(səs: 1)
"Həyatınızın sevgisiylə tanış olmaq” (Meeting Yom Match) yazan Jackie Black " kişilər bir qadınla tanış olanda əslində çox az şeyə fikir verir və çox vaxt genetik şərtiliklərin təsiri altında qalırlar” deyərək bunu necə edə biləcəyimizin ipuclarını verir.

Kişilərin fikir verdiyi detallar…

1-Saçalarınızın nə qədər həcmli və uzun olduğu
Əslində bu tamamiylə təkamül prosesi ilə bağlıdır. Kişilərin ilkin dövrlərdən bəri gur saçlı qadınlardan xoşu gəlir. Çünki onların fikrincə saçlardakı bu həcmlilik və uzunluq qadınların sağlam və nəsil artıra bilən olduqlarını göstərir.

2-Dərinizin nə qədər parıltılı olduğu
Kişilər, parıltılı dərini ağıllı olmağı ilə bağlayırlar. Bunun ən böyük səbəbi civzələrin stess və problem nəticəsində yaranaraq dərini solğunlaşdırmağıdır. Bu da o deməkdir ki, yanaqlarınıza sürtdüyünüz ənlik və üzünüdə istifadə etdiyiniz parıldadırcılar xüsusiylə əhəmiyyətlidir. Bu yolda irəliləməyə davam edin.

3-Səsinizin tonu
Araşdırmalar kişilərin yüksək pərdədən çıxan səsələrdən xoşu gəldiyini göstərir. Bunun səbəbi, həm genetik həm də duyğusal şərtiliklərdir. Çünki zil və canlı bir səs tonu, gəncliyin və yüksək həyat enerjisinin göstəricisidir.

4-Bel və omba arasındakı münənasiblik
İncə bel nəsil artıra bilməyin göstəricisi olaraq qəbul edilir və kişilər tərəfindən diqqəti cəlb edən ən önəmli detaldır. Araşdırmalar, kişilərin qadınların bel və omba mütənasibliyinə diqqət etdiyini, böyük ombalı qadınları cəlbedici hesab etmədikləri istiqamətindədir.

5- Nəyin saxta olduğu
Burada xarakter xüsusiyyətlərindən deyil, fiziki sünilikdən söhbət gedir. Araşdırmalar nəticəsində müəyyən edilib ki, kişi təbii qadını, hər hansı bir estetik əməliyyat keçirmiş qadına nisbətən daha çox bəyənir. Təbii saç rənginə xüsusi əhəmiyyət verildiyi müəyyən edilən araşdırmalar, mümkün olduqca təbii qadınların bəyənildiyi istiqamətindədir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 227
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri