Kişilər qadınların hansı hərəkətlərini sevmirlər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 999
Səs ver:
(səs: 1)
Kişilər qadınları, qadınlar da kişiləri anlamaq ilə keçirirlər müəyyən vaxtlarını. Sonra isə aradakı fərqi qəbul edib mübahisə etmədən münasibətlərinə davam edirlər.
Bu yazıda biz kişilərin qadınların hansı hərəkətlərini xoşlamadıqlarını sizin diqqətinizə çatdıracağıq.

Davakar davranışlar
Qadınların davamlı olaraq iynələyici sözlər deməyi, həssas mövzulara toxunmağı kişiləri əsəbləşdirir və onların kobud davranmaqlarına səbəb olur.

Anası kimi davranmaq
Kişilər uşaq təbiətli olsalar da onlara anası kimi davranan qadınlardan xoşları gəlmir. Buna görə onları bir uşaq kimi danlamaq və dəyişdirməyə çalışmaqdan əl çəkməlisiniz.

Maraq
Hər şeyə həddindən artıq maraq göstərən qadınlar bəzən hər hansısa mövzuda ən incə detala qədər məlumat əldə etmək istəməklə kişilərin müstəqilliyini məhdudlaşdırırlar. Bu isə heç də kişilərin xoşuna gəlmir. Buna görə də şəxsi azadlığa əhəmiyyət verib ayrı-ayrı vaxt keçirməyi də öyrənməlisiniz.

Sahiblənmək
Həddindən artıq sahiblənmək duyğusu heç kimin, xüsusilə də kişilərin xoşuna gəlmir. Onlara sahibiymişsiniz kimi davranmağınız sizdən uzaqlaşmasına səbəb olacaqdır.

Möhtac olmaq
Kişilərə ehtiyacınız olduğunu göstərib, bəzən onların güclərini ön plana çıxartmaq xoşlarına gəlir. Lakin bunu həddindən artıq şişirtmək, onlarsız bir addım belə ata bilməyəcəyinizi hiss elətdirmək onun gözündən düşməyinizə səbəb olacaqdır. Buna görə də onlara möhtac olmadan yaşamalı, sadəcə bəzi məqamlarda lazım olanda onlardan kömək istəməlisiniz.

Ona bağlı olmaq
Aldığınız qərarlarda onun da fikrini öyrənməyiniz xoş bir jestdir və onun da xoşuna gələcəkdir. Lakin bunu şişirdib, atdığınız hər addımı deməyiniz, ondan məsləhət almağınız bir müddət sonra onun bezməsinə şərait yaradacaqdır.

Uca səslə danışmaq
Daim uca səslə danışan qadın kişilərin xoşuna gəlmir. Kişilər hər zaman qadında incəlik, xanımlıq olmasını istəyirlər.

Şəxsi həyatına müdaxilə
Mobil telefonu ve e-maillərini tez-tez yoxlamağınız onun gözündən düşməyinizə səbəb olar və azadlığının məhdudlaşdırıldığını görən kişi sərt reaksiya verərək sizin xətrinizə dəyə bilər. Buna görə də ona inanmağa çalışın və bu hərəkətlərinizdən əl çəkin.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 999
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri