Soyuq aylarda dəriyə qulluq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 790
Səs ver:
(səs: 1)
Yaxşı görkəm yalnız zövqlü geyim demək deyil. Dəriniz də gözəgəlimli olmalıdır. Soyuq aylarda dərinizi qoruyun və aşağıda bunun üçün sadə 5 qayda göstərilmişdir.

1. Üz dərisinin qorunması. Qışda üzünüzü çölə çıxmamışdan bir saatdan tez yumayın. Soyuq aylarda üz dəriniz şaxta ilə bərabər temperatur dəyişikliklərindən də əziyyət çəkir. Soyuq havalar üçün xüsusi qoruyucu qidalandırcı kremlərdən istifadə edin. Unutma ki, nəmləndirici kremi ən az çölə çıxmamışdan bir saat əvvəl istifadə etməlisən.

2. Əllərinizin dərisini qoruyun. Daimi yuyulmaqdan əllərinizin dərisi soyuq aylarda quruyur. Tez hopan nəmləndirici kremlərdən istifadə məsləhət bilinir.

3. Dodaqların qorunması. Qadın dodaq boyası ilə heç bir əlaqəsi olmayan xüsusi dodaq balzamları sizin dodaqlarınızı çatlamaqdan qoruyacaq və daim sağlam görünüş bəxş edəcək.

4. Uzunmüddətli duş qəbulundan uzaq olun. Soyuq aylarda səhər duş qəbul edirsinizsə, bu prosedur 10 dəqiqədən artıq davam etməməlidir. Əks halda siz dərinizi təbii yağlardan azad edəcəksiniz ki, onlar dərivizi qoruyur və nəmləndirir.

5. Skrabdan istifadə edin. Soyuq aylarda üz dərisinin hüceyrələri tez məhv olduğundan skrab onları təmizləyir və üzünüz təravətlənir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 790
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri