Kişi şortları: necə seçmək, necə geyinmək və nə vaxt geyinmək?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 126
Səs ver:
(səs: 1)
Kişi şortları həmişə mübahisələrə səbəb olmuşdur. Abır-həya məsələləri həmişə önə çıxa bilmişdirlər. Belə alınıb ki, şortları ancaq uşaqlar geyinə bilər fikri yaranmışdır. Yetkin yaşına çatmış gənclər şalvar geyinməli. Artıq yaşı 30-u keçən kişilər isə şortu yalnız təbiətdə, idmanda geyinə bilərlər. Yalnız artıq 2013-cü ildən etibarən dünya dəbində kişi şortları geniş miqyaslı yerə sahib olmağa başlamışdır.
Baxmayaraq ki, dünya dizaynerləri şortları daha tez-tez öz kolleksiyalarına daxil edirlər, şortların istifadəsində bəzi qaydalara riayət etmək lazımdır. Beləki, əgər siz təlxəyə oxşamaq istəmirsiniz isə aşağıdakı məsləhətlərə nəzər yetirməlisiniz:
 
Şortu klassik köynəklə geyinmək olmaz
Şortla klassik köynək bir yerdə geyinilməz. Əgər gedəcəyiniz tədbir klassik köynək tələb edəcək qədər ciddidirsə, şalvar geyinsəniz daha yaxşı olar.
 
Dizdən yuxarı şort geyinməyin

Bugün şort yalnız bağda və ya futbol oynayanda geyinməkdən ibarət deyildir. İş yoldaşları ilə görüş, şəhərdə gəzinti də şort geyinməyə səbəb ola bilər. Lakin unutmayın ki, onları uzunluğu az da olsa dizinizin üstünü örtməlidir. Daha qısa şort yalnız çimərlik volleybolu üçün yarayır. Çox uzun da qısa şalvarı xatırlatdığı üçün yaxşı görünmür. Klassik şort uzunluğu diz qapağından 5-7 sm yuxarı.
 
Şortu corablarla geyinməyin
Yox, əgər idman şortlarından və ya ketdən istifadə edirsiniz isə corab geyinə bilərsiniz. Yox əgər şortla vyetnamka və ya makasin geyinirsiniz isə corabın yeri yoxdur.
 
Şəhərdə şort geyinmək get-gedə adətə çevrilmişdir. Bugün şort geyinmiş kişilər artıq gülünc deyil. Lakin bəzi qaydaları öyrənmək və bilmək lazımdır. Hansı şortları hara geyinmək lazımdır?
Şortların bir neçə növü vardır:
1. Klassik şalvarın qısa növü – klassik şortlar. Tarixi adları "bermudlar”.
2. Cins və ya çinos şalvarın qısa növü – "casual”
3. Digər bütün idman şortları – "idman”.
Hansı şortu nə vaxt geyinmək lazımdır? Bunu təyin etməyə çalışaq.
 
Şort geyiniləsi yerlər:
1. Ofis. Və mütləq deyil ki, siz jurnalist, dizayner, fotoqraf və s. yaradıcı peşələrin sahibi olasınız. Adi peşə sahibləri də klassik və casual şortlardan istifadə edə bilərlər.
2. Park — klassik, casual.
3. Çimərlik, hovuz — idman.
4. İdman meydançası, trenajor zalı — idman.
5. Bar — klassik, casual.
6. Klub — klassik, casual.
7. Kafe — klassik, casual.
8. Kinoteatr — klassik, casual.
9. Dress-kod olmayan digər əyləncə yerləri — klassik, casual.
 
Şort geyinməməli yerlər
1. Teatr, klassik musiqi konserti.
2. Rəsmi dəvətlərin keçirildiyi yerlərə (təltifetmə mərasimləri və s.).
3. Qəbirüstünə. Bayırda 50 dərəcə isti belə olsa, qəbirüstünə şortda gəlmək ayıbdı.
4. İş görüşməsinə. Sizinlə iş görmək istəyən sizin xarici görünüşünüzə mütləq nəzər yetirəcək və sizi qeyri-ciddi qəbul edə bilər.
5. Bahalı restoranlar. Əgər bayırda dözülməz isti varsa bu zaman daha nazik kətandan şalvar seçin.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 126
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri