Kişinin üzündə sızanaqlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 596
Səs ver:
(səs: 0)
Kişinin üz dərisi, qadınlarda olduğu kimi sızanaqlar, səpkilər ilə üzləşə bilir. Bu xoşaglməz görkımdın sığortalanmaq olduqca çətindir. Lakin sızanaqların yaranma səbəblərini bilsəniz onlarla mübarizə aparmaq heç də çətin olmayacaqdır. Hətta bilməlisiniz ki, sızanaqlar heçnədən yaranmır və üzün hansı hissəsində olmasından asılı olaraq, müxtəlif səbəb daşıyırlar.
Kişinin üzündə sızanaqların yaranma səbəbi
 
İlk öncə maraqlı statistika və informasiya.
Sızanaqlar – dəridəki piy vəzilərinin disfunksiyalılığıdır. Adətən sızanaqlar gənclərdə cinsi inkişaf zamanı yaranır və üzlərində, sinə və kürəklərində öz yerlərini alırlar – 14-19 yaş. Qeyd edək ki, bu problemlər kişilərdə məhz bu yaşlarda yaranır. Sızanaqlar gənc qız və oğlanların 30-40%də olur. Yaşa dolduqca sızanaqların əhatə dairəsi kiçilir. Beləki, 20-25 yaşlarında qadınların 20%, kişilərin 5%ində sızanaqlara rast gəlinirsə, artıq 40 yaşlarında qadınların 5%, kişilərin isə 1%ində sızanaqlara rast gəlmək olar.
İndi isə daha ətraflı.
 
Alında sızanaqlar
Səpki və sızanaqlar alında məhz üzün bu hissəsində tər və piy vəzilərinin çox olmasından irəli gəlir. Məhz üz dərisində piy vəziləri çox olduğu zaman insanın alnı parıltılı effekt verir. Həmçinin alında olan səpkilər mədə və mədəaltı vəzinin disfunksiyası nəticəsində yarana bilər.
Dodaq nahiyəsində sızanaqlar
Dodaq nahiyəsində sızanaqlar herpes ilə yanaşı, həzm yolunda olan disfunksiyalar ilə də bağlı ola bilər. Beləliklə, əgər sizin son zamanlar mədəniz ağrıyır, bağırsaqlarınızda problemlər müşahidə edirsiniz isə və üstəlik dodaq nahiyənizdə səpkilər varsa mütləq həkimə müraciət edin. Üstəlik vitaminli qidaları artırın və daha az əsəbləşin.
 
Burunda sızanaqlar
Burun üzərində sızanaqlar adətən üz dərisi yağlı olan kişilərdə olur. Həmçinin orqanizmdə cüzi bir nasazlıq buna səbəb ola bilər. Daha az əsəbləşməli və normada yatmaq lazımdır.
Qeyd edək ki, kişilərin üzündə sızanaqlar saç follikulun iltihabı nəticəsində də yarana bilər. İş ondadır ki, üz qırxılan zaman kiçik yaralar yaranır ki, onlara bakteriyalar düşür və iltihaba səbəb olurlar.
 
Kişinin üzündə sızanaqlar həmçinin digər səbəblərdən yarana bilər:
– piy vəzilərinin irsi iltihab. Sizə yalnız gündəlik üz dərisinə qulluq kömək ola bilər;
– həzm yolunun xəstəliyi – disbakterioz, qastrit, öddə daş. Bu halda pəhriz saxlamalı, yağlı və qızardılmış yeməklərdən uzaq durmalı, şokolad, kofe və qazlı su qəbul etməməlisiniz;
– uzun müddət günəşin altında olmaq. Gündə yanma sızanaqları və onların yerlərini görünməz etsə də, sayını azaltmır. Ultrabənövşəyi şualar piy vəzilərinin iltihabını artırır. Üstəlik bu şualar dərininin müdafiə xüsusiyyətini azaldır ki, bakteriyaların çoxalması prosesi güclənir;
– düzgün olmayan üz dərisinə qulluq. Uzünüzü yalnız səhərlər yox, ən azı gündə iki dəfə xüsusi vasitələrlə yumalısınız. Xüsusəndə əgər sizin üzünüz yağlı dərilərə aiddir isə. Həftdədə bir dəfə pilinq edilməli və üz kremlərindən istifadə edilməlidir;
– əsəbilik, orqanizm yorulması, depressiya da piy vəzilərinin disfunksiyasına səbəb ola bilir;
– dərialtı gənə;
– anabolik steroidlərin qəbulu;
– üz qırxılandan sonra qızartılar.
Kişinin üzündə sızanaqlar: nə edilməli
Sızanaqların müalicəsinə kompleks şəkildə yanaşmaq lazımdır. Bunun üçün sağlam həyat tərzi olmalı, dərinizə kömək edəcək düzgün kosmetik vasitələrdən istifadə olunmalıdır.
Beləliklə, sızanaqların kompleks müalicəsi aşağıdakılardan ibarətdir:
* Dəriyə gündəlik düzgün qulluq.
* Pəhriz – şirin, yağlı və hisə verilmiş qidalardan uzaq durmaq.
* Follikulit zamanı ölçü götürmək.
Hər birini ayrılıqda nəzərdən keçirək.
Üz dərisinə qulluq
Üz yumaq. Normal kişi gündə ən azı üzünü yuyur, bu zaman o, neytral PH tərkibli vasitələrdən istifadə edir. Üz dərisinin qurumamasını və qızartının yaramamamsını istəyirsiniz isə üzünüzü sabunla yumayın.
Təmizləmə – üz dərisinin pilinqi. Köhnəlmiş hüceyrələri götürərək üz dərisini yeniləmiş olursunuz və daha cavan görkəm əldə edirsiniz. Pilinq üçün marketlrədə satılan skrablardan istifadə edə bilərsiniz. Həmçinin özünüz evdə hazırlaya bilərsiniz. Bunun üçün xırdalanmış kofeni üz yuma vasitəsi ilə qarışdırın, üzünüzü masaj edərək yuyun.
Tonikdən istifadə. Tonik yağlı parıltını götürür, dəri məsamələrini kiçildir, sızanaqların yaranmasının qarşısını alır. Toniki marketlərdən əldə etmək imkanınız qədər, evdə özünüz də edə bilərsiniz. Bunun üçün bir neçə xiyarı sürtkəcdən keçirib suyunu sıxmalısınız. Tonik seçərkən onun iltihaba və bakteriyalara qarşı olmağına diqqət yetirin. Üstəlik tonikin tərkibində spirtin miqdarının az olmasına diqqət yetirin.
Dərinin nəmləndirilməsi – sağlam üz dərisi üçün mütləqdir. Bu səbəbdən özünüzə yaxşı və uyğun nəmləndirici krem seçin. Sızanaqlara qarşı olan kremlərin tərkibinə dərman preparatlarından maddələr, sink və vitaminlər daxildir. Kremi ən sonda, bütün yuxarıdakı proseslərdən sonra üzünüzə çəkməlisiniz.
Sızanaqlara qarşı pəhriz
Üz dərisinə qulluqla yanaşı orqanizminizin daxildən də sağlam olması vacibdir. Mütləq şəkildə yetərincə istirahət edin, ən azı 8 saat yatın, vitaminli qidalarla qidalanın, əsəbləşməməyə çalışın. Siqaret və spirtli içkiləri minimuma endirmək lazımdır.
Üz qırxandan sonra qızartını aradan qaldırırıq
Üz qırxandan sonra sızanaqların yaranmasını minimuma endirmək üçün aşağıdakı məsləhətlərə nəzər yetirin:
– çalışın üzünüzü yalnız duş qəbul etdikdən sonra qırxasınız, bu zaman üzünüz yetərincə yumuşalmış olur;
– üz qırxanı tüklərinin bitmə istiqamətində hərəkət elətdirin, tərsinə yox. Bu tük hissəciklərinin açıq məsamələrə düşməsinin qarşısını və yeni tüklərin kök salmasının qarşısını alacaq;
– üz qırxanlarıvızı daimi olaraq yeniləyin;
– prosedurdan sonra losyon və sakitləşdirici kremlərdən istifadı edin.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 596
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri