Kişi klassik çantalarının üç növü: doğru seçim

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 548
Səs ver:
(səs: 1)
Çantalar artıq çoxdan yalnız qadın aksessuarlığından çıxmış və kişi dəbində yerini möhkəmləndirmişdir. Artıq əksər kişilər öz görkəmlərini tamamlayan müxtəlif kişi çantalarından istifadə edirlər. Yeganə kişiləri narahat edən sual, çoxlu sayda çantaların içərisindən ən uyğununu seçməkdir. Cavab klassik janrdır. Klassika həmişə dəbdə olub və yalnız sizə uyğun modelinin seçilməsini tələb edir.
Dəbli portfellər
 
Portfellər kişi çantalarının ilk nümayəndələri hesab olunurlar. Onlar kişilərə uzun illərdi xidmət edirlər. Lakin zaman keçdikcə portfellər müəyyən dəyişikliklər olub:
* Onlar artıq daha yumuşaq dəridən hazırlanırlar və əvvəlki kimi kobud deyillər;
* Dördbucaq forma və iti künclər artıq keçmişdə qalıb;
* Bağlama qaydası daha praktik və modern olub;
* Daxili praktikliyi artıb, çoxlu ciblər, müxtəlif bölmələr var.
Belə bir çantanın seçimi olduqca sadədir, əsas siz nə istədiyinizi təyin edəsiniz. Sonra çanta maqazininə gedin. Əsas fikir verin ki, çanta möhkəm tikilmiş olsun, əks halda sizi yarı yolda qoya bilər.
 
Casual görkəmi üçün poçtalyon-çantalar
Messencer və ya poçtalyon-çantaları kişi dəbinə sürətlə daxil olublar. Onlar əsasən gündəlik kimi istifadə olunurlar. Onların əsas üstünlüyü kompakt ölçüləri, kiçik olsalar da bir çox şeyi daşıya bilmələri, istifadə sadəliyi və eleqant olmalarıdır. Bir qayda olaraq bu tip çantalar enli çiyin qulp ilə təchiz olunmuşdurlar.
Bu variant cavan kişilər üçün daha yaxşı ola bilər. Bazarda müxtəlif qiymətə, müxtəlif materiallarda satılan bu çantaları zövq və ehtiyacınıza uyğun seçə bilərsiniz.
 
Yol çantaları – yolculuğun əvəzsiz atributu
Yol çantası daha çox səyahət edən, ezamiyyətə, şəhər kənarına və yaxud trenajor zalına tez-tez gedən kişilərə mütləqdir. Artıq böyük çemodanlar tarixə keçir. Oların əvəzinə daha dəbli, dəridən və tutumlu çantalar gəlir. Maraqlısı odur ki, bu çantalar həm klassik, həm də idman geyimləri ilə uyğunlaşır.
Qeyd edək ki, seçim böyük olduğundan o qədər də çətin olmayacaq. Sadəcə həyat tərzinə uyğun çantanı seçməyə çalışın.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 548
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri