Kişilər nə vaxt yalan danışa bilər?

Müəllif: Barbaris
Şərhlər: 4
Baxılıb: 3 905
Səs ver:
(səs: 0)
Kiçik yalanlar münasibətlərin bir parçasıdır. Bəzən bu, kişilər üçün xilasedici ola bilər. Kişilərin yalan danışmaq səbəbləri məqaləmizdə.

"Kiçik yalan” ifadəsini yəqin ki, hamınız eşitmisiniz. Qarşınızdakı insana ciddi ziyanlar vurmayan və vəziyyətdən çıxmaq üçün deyilən bu kiçik yalanlar münasibətlərin bir parçasıdır. Həm kişilər, həm də qadınlar münasibət müddətində bu yalanlardan istifadə edir. Ancaq aparılan araşdırmalara əsasən kişilər yalandan daha çox istifadə edirlər. Yalan danışmaqlarının səbəbi isə həyatı asanlaşdırmaqdır. Hər nə qədər ziyansız kimi görünsə də, kiçik yalanlar gələcəkdə problemlər yarada bilir. Yalanı vərdiş halına gətirmiş bir insan zaman keçdikcə daha vacib məsələlərdə də yalan danışmağa başlayır və münasibətdəki inam hissini zədələyir. Buna görə də, kişilərin niyə yalan danışdığını başa düşüb, əvvəldən müdaxilə etməkdə fayda var.

Kişilərin yalan danışmasının başlıca səbəbi əslində qadınların incikliklərinə dözmək istəməməkləridir. Dostları ilə görüşdüyünü demək yerinə, vacib işlərinin olduğunu deyə bilərlər. Çünki qarşılığında görəcəkləri reaksiyalardan qorxurlar. Əslində pis niyyətləri olmasa da, partnyorlarının bunu səhv anlaya biləcəyindən qorxurlar. Bir çox kişi qadınların problemi şişirtməsindən şikayətçidir. Buna görə də mübahisə etmək yerinə, yalan danışmaq onlara daha asan gəlir.

Xüsusilə münasibətin əvvəllərindəsinizsə, yalan danışma səbəbləri, adətən, sizin xoşunuza gəlmək ola bilər. Kişilərin qadınlara danışdığı yalanların çoxu özlərini daha ağıllı və bacarıqlı göstərmək üçündür. Buna görə də, bəzən yalan danışmaq onlara elə də səhv hərəkət imiş kimi gəlmir. Əlbəttə münasibətin əvvəllərində hamı qarşısındakı insanın xoşuna gəlmək istəyir, amma buna nail olmaq üçün yalan danışmaq əslində özünə inamsızlığın bir əlamətidir. Bu vəziyyət münasibətin irəliləyən dövrlərində onun özündə əskiklik hiss etdiyi hər anda yalan danışmasına və buna bağlı olaraq ciddi problemlərə səbəb ola bilər.                           Kişilər üçün bir qadına "Yox” demək və ya münasibəti bitirmək də çox çətindir. Bu cəsarətə sahib olmadıqları üçün də yalan danışmağı seçirlər. "Hal-hazırda bir münasibət istəmirəm” cümləsi əslində "Səninlə birlikdə olmaq istəmirəm” deməkdir. Ancaq kişilər bu sözlərin çox kobud, ya da sərt çıxacağını düşünərək yalan danışmağı seçirlər. Beləcə qarşısındakı qadına yaxşılıq etdiklərini düşünsələr də, əslində ayrılığın əsas səbəbini bilməmək bir qadını daha çox incidir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 905
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri