Müasir
dövrdə artıq kişilər də ən az qadınlar qədər dəblə ayaqlaşmağa çalışır.
Bəzi kişi məşhurlar var ki, onlar özlərinə aid geyim kolleksiyaları
buraxır və ya şəxsi markalarını yaradırlar.
Bred Pitt – 52 yaş
Hollivudun
ən yaraşıqlı və məşhur kişisi dedikdə ağla ilk növbədə Bred Pitt gəlir.
6 uşaq atası olan Pitt haraya getməyindən asılı olmayaraq hər zaman
fərqli görünməyə çalışır. Xarici mətbuatın yazdığına görə, Bred Pittin
qarderobu Ancelina Colinin qarderobundan daha geniş, rəngarəng və
zəngindir.
Devid Bekhem – 40 yaş
Yaraşıqlı
futbolçu tanınmış modelyer və stil ikonası Viktoriya Bekhemlə evlidir.
Həyat yoldaşının səyləri nəticəsində futbolçu dünyanın ən yaraşıqlı və
zövqlü kişiləri siyahısına liderlik edir. Yaraşıqlı futbolçu geyim
məsələsində az qala modelyerliklə məşğul olan həyat yoldaşını kölgədə
qoyur. Viktoriya özü də çox yaxşı anlayır ki, ərinin üzərində böyük
təsirə malikdir. Futbolçu "Ən yaxşı geyinən kişilər” siyahısında da
dəfələrlə birinci seçilib. Bir çox kişilər geyim mövzusunda ondan nümunə
götürür. Devid Bekhemin adına buraxılmış ətir və geyim kolleksiyaları
var.
Ben Aflek – 43 yaş
Ben
Aflek əldə etdiyi nailiyyətlərin və şöhrətin 50 faizini yaraşıqlı
görünüşünə və maraqlı tərzinə borcludur. O, uşaqları ilə birlikdə vaxt
keçirməkdən, onlarla əylənməkdə böyük zövq alır. Ailəsi ilə birlikdə
istirahətə yollananda o, maksimum rahat geyimlər seçir, bununla belə
özünəməxsus tərzini qoruyub saxlayır.
Kanye Vest – 38 yaş
Tanınmış
repçi, prodüser, stilist və iki uşaq atası Kanye Vest hətta gündəlik
həyatda belə ən bahalı markalardan geyinir. Qaradərili ulduz klassika
ilə idman üslubunu bir-biri ilə uzlaşdırmaqda ustadır. Kanye Vest dəb
həftələrini maraqla izləyən, onların heç birini qaçırmayan nadir
kişilərdəndir.
Kolin Farrel – 39 yaş
İdeal
bədən quruluşuna malik olan yaraşıqlı aktyor özünəməxsus tərzi ilə həm
qadınların, həm də kişilərin həsəd apardığı məşhurdur.
Tom Kruz – 53 yaş
Möhtəşəm
gülüşü ilə bir çox qızın qəlbini fəth edən xarizmatik ulduz
geyim-keciminə ciddi fikir verir. Tom Kruz adətən sadə geyimlər seçir,
buna baxmayaraq, daim şıq görünür. Dəb tənqidçilərinin fikrincə, Tom
Kruz Hollivudun ən yaxşı geyinən məşhurları cərgəsinə daxildir.
Matt Damon – 45 yaş
45
yaşlı aktyor ideal bədən quruluşunu və təbii cazibəsini çox gözəl
qoruyur. İdman üslubunun pərəstişkarı olan Matt Damon hər çıxışında
kifayət qədər cəlbedici görünür və dizaynerlərin ancaq müsbət rəylərini
qazanır.
Conni Depp – 52 yaş
Oynadığı
filmlərdə dəniz qulduru və vampir rollarını çox yaxşı canlandıran Conni
Depp bohemlə idman tərzinin vəhdətindən böyük zövq alır. Hər çıxışında
modelyerləri sözün əsl mənasında təəccübləndirməyi bacaran ulduzun geyim
tərzi orijinal və bənzərsizdir. Conni Depp bohem tərzə rəng qatan uzun
boyunbağılar, rəngarəng üzüklər və şapkalardan istifadə etməyi çox
xoşlayır. Qəhvəyi rəngli günəş eynəkləri aktyorun vazkeçilməz
aksessuarları arasındadır.