Kişilərin maraq işarələri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 8 014
Səs ver:
(səs: 1)
O işarələrdən bəziləri ...

Kişilər hər zaman qadınları anlaya bilmədiklərindən şikayətlənərlər. Onlara görə qadınlar həll etməsi çətin olan tapmacalar kimidir. Lakin söz mövzusu iki tərəf arasındakı xoşlanmadırsa o zaman qadınlar da kişiləri anlaya bilmədiklərini söyləyir.
Məşhur bir qadın jurnalı kişilərin qarşılarındakı qadına maraq duyub-duymadıqlarını anlamaq üçün qadınların, bəzi işarələrin izini sürməsi lazım olduğunu söyləyir.

Danışarkən sizə doğru əyilir və gözlərinizə baxır. Bu davranış şəkli onun sizə maraq duyduğuna bir işarədir. Sizinlə əlaqədar heç bir detalı qaçırmaq istəmir. Bədən dili də bu istəyini ələ verir.

Həftədə bir dəfə hər hansı bir yerdə onunla təsadüfən qarşılaşmanız normal sayıla bilər. Lakin bu təsadüflərin sayında bir artım varsa o zaman şüurlu bir vəziyyətlə qarşı-qarşıyasınız demekdir.Sizinlə birlikdəykən hər fürsətdə əlinizə, qolunuza hətta dizinizə ya da ayağınıza toxunur. Sizə olan maraqını fiziki bir təmasla çatdırır.

Müasir dünyanın təkləşdirdiyi bir çox insan artıq yoldaşını ya da sevgilisini dinləmək yerinə yalnız özündən bəhs etmək istəyir.

Xoşlandığınız kişi baş-başa qaldığınızda sizi dinləmək istəyirsə və daha da əhəmiyyətlisi sizi "həqiqətən" dinləyirsə o zaman sizə qarşı bir şeylər hiss edir deməkdir.

Həftə sonu üçün birlikdə plan etdiniz lakin bir yoldaşınıza hədiyyə almağı unutduğunuz üçün bir müddətə də olsa planı təxirə salıb bir alış-veriş mərkəzinə daxil olmalısınız. Bu vəziyyətə pis reaksiya göstərmirsə və əksinə sizinlə xoş vaxt keçirməyə davam edirsə bu sizə olan marağının bir işarəsi ola bilər.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 8 014
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri