Qadınları kişilərdən soyudan 10 Davranış

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 13 818
Səs ver:
(səs: 2)
Kişilər, diqqət! Bu səhvləri edirsinizsə, xanımınız sizdən soyuya bilər. Sun.az qadınları kişilərdən soyudan 10 davranışı təqdim edir.

Baxımsızlıq
Kişi çox içki içir və siqaret çəkirsə, ətrafa pis qoxu yayırsa, gigiyenik təmizliyə əvvəlki qədər önəm vermirsə, qadın bundan narahat olub ona toxunmaq və sekslə məşğul olmaq istəməz.

Çox qısqanclıq
Qadınlara qarşı çox qısqanclıq və çox sahiblənmək duyğusu əvvəl-əvvəl yaxşı təsir yarada bilər. Ancaq bu davranışlar şiddətə dönüşürsə, qadında mənfi təsir oyadar.

Təzyiq göstərmək
Qadının da, kişinin də öz dünyası var. Əgər kişi təzyiq göstərərək öz dünyasını qadına qəbul etdirmək istəyərsə, sonda iki dünya toqquşar. Hər iki insanın dünyasının fərqli olduğunu qəbul etmək lazımdır. Əks halda qadın psixoloji olaraq kişidən soyumağa başlayar.

Diqqətsiz yanaşmaq
Sevgili olduğu zamanda kişi qadına qarşı daha diqqətcil, sevgi, qayğı dolu münasibət göstərsə də, ailə qurduqdan sonra zaman keçdikcə kişinin bu davranışlarının dəyişməsi qadını itirməyin qısa yoludur. Qarşılıqlı sevgi və qayğı həmişə canlı tutulmalıdır.

Eqoistlik
Həssas olan, həmişə diqqət istəyən tərəf qadındır əslində. Ancaq kişinin özünü diqqət mərkəzinə yerləşdirmək istəməsi sonda mənfiləri özü ilə bir gətirir.


Tələskən olmaq

Qadınlar cinsəllik başda olmaqla digər məsələlərdə də kişilərin tələskən olmasından narahat olurlar. Münasibət səbr və hörməti gərəkdirən dövrdür.

Uzun müddət sekslə məşğul olmamaq
Xeyli müddət cinsəllikdən uzaq durmaq cinsi istəkləri azaldır. Cinsi həyatı fantaziya, həyəcanla kasad olan cütlük zamanla bir-birindən uzaqlaşır. Qadın istəməsə belə, kişilər ona toxunub, erotik masaj etməlidirlər.

Qadının istəmədiyi davranışlarda təkid etmək
Qadının istəmədiyi davranışlarda təkid etmək onu qəzəbləndirır və qəzəbli qadın ərindən soyuya bilər.

Cinsi performans təkidi
Cinsəllik sevgi və hörmətlə birgə yaşanmalıdır. Cinsəllik sadəcə cinsi orqanların birləşməsi deyil. Tərəflər hər yaşda cinsəllik zamanı sevgi və güvən duyğularını paylaşmalıdır.

Qadının bədənini bəyənməmək
Qadınlar bədənlərinin necə göründüyünə çox əhəmiyyət verərlər. Buna görə sevdiyi insanın onun bədəni haqqında düşüncəsini çox önəmsəyirlər. Əgər kişi ona tərif deməsə, bəyəndiyini və arzuladığını qadına hiss etdirməsə, qadın özgüvənini itirər və kişidən soyuyar.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 13 818
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri