Qeyri adi bacarığa sahib olan gənc ifaçı Leyla Tağıyeva ilə müsahibəm

Müəllif: Lalə B.
Şərhlər: 4
Baxılıb: 3 318
Səs ver:
(səs: 2)
1. Öncəliklə salamlayıram sizi :) Bəllidir ki sizi instagram izləyiciləriniz daha gözəl tanıyır özünüzü daha az məlumatı olan Qadınla.Com izləyicilərinə necə təqdim edərdiniz?.

Salamlar! Öncəliklə, dəvətiniz üçün təşəkkür edirəm. Mən Leyla Tağıyeva, 21 yaşım var, Bakıda doğulmuşam və yaşayıram.

2. Təhsiliniz, dil bilikləriniz və digər bacarıqlarınızla bağlı danışmağınızı istərdik.

ADA Universitetinin 4-cü kurs tələbəsiyəm, ixtisasım isə Beynəlxalq münasibətlərdir. Bu sahədə yerli və beynəlxalq fəaliyyətlərim çox olub. Dillərdən isə, ingilis və türk dillərini ana dili səviyyəsində, rus və ispan dilini isə orta səviyyədə bilirəm. Mən həm də fəaliyyətinə yeni başlayan musiqiçi və influenserəm. Çox insan isə məni “ağzı bağlı danışan və mahnı oxuyan qız” kimi tanıyır :)

3. Leyla Tağıyeva özünü uğurlu hesab edirmi?. Bəs ən böyük uğurunuz nədir? Nə yaxşıki bunu etmişəm dediyiniz birşey varmı?

İstədiyim çox şeyə nail olmağı bacarıram. Buna səbəb isə həm inamım, həm də çalışqanlığımdır. Ən böyük uğurum yəqin ki, 2019da Avropa Parlamentinə dövlətimiz tərəfindən göndərilən gənclərdən biri olmağımdır. 4 mərhələli müsabiqədən seçilməyim və Belçikada 1 ay yaşayıb təcrübə proqramında iştirak etməyim əvəzsiz bir təcrübə idi. Fransada yarım il tələbə kimi yaşamağım isə ən böyük “yaxşı ki”m ola bilər.

4. Gələcəkdə ixtisasınız üzrəmi irəliləməyi düşünürsüz yoxsa musiqi?. 2-ci dəfə həyata gəlsəniz hansı peşəni seçərdiniz?

İki sahədə də qazandığım uğurlar mənim üçün dəyərlidir, buna görə də hər iki sahə üzrə çalışmağı planlayıram, hər nə qədər çətin səslənsə də. Musiqi seçə bilməsəm, səyahət bloqqeri olardım.

5. Professional olaraq vokalla məşğul olmusunuzmu? Növbəti hədəfiniz nədir?

7 illik piano diplomum var, lakin vokal təhsilim yoxdur. ADA-dan məzun olduqdan sonra planlayıram vokal dərsləri almağı. Azərbaycana yeni janrlar gətirmək və insanlarımızın zövqünü oxşamaq istəyirəm. Fərqlilik mənim üçün vacibdir.

6. Qeyri adi və maraqlı istedada sahibsiniz və kifayət qədər izləyiciləriniz də, sizi sevir. Bəs, siz özünüz necə daha çox musiqi ifa etməyimi sevirsiniz yoxsa ağzı bağlı danışmağı?

Ağzı bağlı danışmaq mənim üçün əyləncə və yeni tanışlıqlar yaratma vasitəsidir. Musiqi isə dərindir və uşaqlıqdan mənimlədir. Sevdiyim mahnıları ifa edərkən sanki başqa dünyada oluram, sözlə bilmirəm necə izah edim.

7. Hər birimizin uşaqlıqda gələcəyə dair arzularımız olur.Sizin arzularınızla hal-hazırki həyatınız tamamlanırmı? Arzu istəklərinizin həyata keçməsində sizə dəstək olan kimlərdir?

Ailəmdən mənəvi dəstək gördüyüm üçün çox şanslıyam. Valideynlərim həm mənə doğru yol göstərir, həm də seçimlərimə hörmətlə yanaşırlar. Uşaqlıqdan özümü böyük səhnələrdə təsəvvür etmişəm. Hətta, 2 yaşımda çəkilmiş “Mən məşhur musiqiçi olacam” dediyim videolarım var. Keçən ilki məndən çox fərqim olsa da, olmaq istədiyim yerdən hələ çox uzağam, çünki hədəflərim qlobaldır.

8. Elə bir vərdişiniz varmı onu, özünüz də, tərgitmək istəyirsiniz? Zəif tərəfləriniz haqda da, danışsanız şad olardıq.

Məncə ən zəif tərəfim panikaya meyilli olmağımdır. Bəzən o qədər həyəcanlanıram ki, səhhətimdə problemlər yaranır.

9. Dostlarınız varmı? Bəzən insanlar, məşhurlaşdıqca dostlarını, yaxınlarını unudur. Siz bu haqda nə düşünürsünüz? Ümumiyyətlə dostluq sizin üçün nədir?

Ətrafımda həmişə çox insan var, çünki extrovertəm. Nadirən kimləsə problemim olur, hər tip insanla dil tapıram. Lakin əsl dostlarım məni olduğum kimi qəbul edənlər və qərarlarımı dəstəkləyənlərdir. Bu halda da mənim məşhurlaşmağım, təbii ki, münasibətlərimizə pis təsir edə bilməz. Adətən nəticəyə fokuslandığım üçün, mənim üçün dost həqiqətən lazımlı vaxtda lazımlı dəstəyi göstərəndir. Bu bəzən kömək, bəzən xoş vaxt ola bilər. Əsas odur ki boş söz yığını olmasın. Hərəkət > sözlər :)

10. Səfər etməyi çox sevdiyinizi bilirik bəs səfər etdiyiniz ölkələrdən hansı daha fərqli, maraqlı və gözəl idi sizin üçün? Azərbaycandan köçüb, başqa hansısa ölkədə yaşamaq istərdinizmi?

Gələcəyimi ABŞda xəyal edirəm, palmalarla dolu, istiqanlı insanların olduğu bir ştatda. Mayamiyə gedəndə, məsələn, vurulmuşdum oraya. İkinci dilin ispan olması da xoş təsir edirdi, çünki öyrənirəm bu dili. Gəzdiyim 22 ölkədə yaşadığım xatirələri, öyrəndiyim şeyləri başqa heçnə mənə verə bilməz deyə düşünürəm. Karantindən sonra davam edəcəyəm işgüzar və turizm səfərlərinə.

11. Müğənni olmaq istəyən lakin möhtəşəm səs'ə sahib olmayan izləyicilərinizə nə kimi məsləhətlər verə bilərsiniz?

Güclü vokal bacarıqlar tələb etməyən janrlar var, məsələn hip hop və ya R&B, bu tərzlərə üz tuta bilərlər. Amma ümumiyyətlə səs yoxdursa, yaxşısı ayrı sənət seçsinlər. Sonra qulaqlarımız qanayır yoxsa :)

12. O səs Türkiyəyə qatılacaqsınızmı? Yeni mahnınız nə vaxt işıq üzü görəcək? :)

İl bitənə kimi bəzi hədəflərə çatmağı planlayıram, sürprizlər də var. Əgər hər şey planlı gedərsə, “Sənsiz” mahnısını payıza doğru kliplə birlikdə yayımlayacağam. Ancaq, digər janrlarda da mahnılar yazacağam. İdeya çoxdur. Amma keyfiyyətli iş üçün yaxşı da plan qurmaq lazımdır.

13. Bəzən müsbət, xoş olmayan şərhlər yazılır. Bu kimi şərhlər sizə necə təsir edir? Ağzı bağlı danışmaq kimi bacarığınız olsa da, onu kütlə ilə bölüşdüyünüzə peşmansınızmı?.

Neqativ rəylər sayəsində gələcəkdə daha çox insanın qarşısında daha güclü dura biləcəyəm :) Sağ olsunlar. İnsanlara pozitiv aura bəxş etdiyim üçün isə heç peşman deyiləm.

14. Nəyinki ağzı bağlı danışmaq, həmçinin bu şəkildə musiqi də ifa edirsiniz. Bəs sırf bu bacarığınızın sizə qazandırdığı uğurlar hansılardır?

Ölkədə bir anda gündəm olmağım həyatımı çox dəyişdi. Yeni tanışlıqlar, səhnə işıqları, insanlardan gələn xoş münasibət və tanınmaq məndən depressiyanı aldı apardı.

15. Və müsahibəmizin sonuna gəldik. Təşəkkür edirəm dəyərli vaxtınızı ayırdığınız üçün. Ümid edirəm müsahibə ürəyinizcə oldu. Çalışdıq ki həm öz suallarımızı ünvanlayaq həm də, instagram izləyicilərinizin suallarını cavabsız qoymayaq. Sonda nə ürək sözləriniz varsa buyurub bölüşə bilərsiniz.

Bu maraqlı və hərtərəfli müsahibə üçün Qadınla.com’a çox təşəkkür edirəm. Həmçinin, sualları ünvanlayan izləyicilərimə və ümumiyyətlə məni dəstəkləyən hər bir şəxsə dərin minnətdarlığımı bildirirəm, siz mənim üçün vacibsiniz!

Qeyri adi bacarığa sahib olan gənc ifaçı Leyla Tağıyeva ilə müsahibəm





















QEYD: XƏBƏR QADINLA.COM SAYTINA MƏXSUSDUR İSTİFADƏ EDƏRKƏN MƏNBƏ QEYD ETMƏK MÜTLƏQDİR.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 318
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri