Ağstafa rayonunun Muğanlı kənd sakini 21 yaşlı Vüqar Sofiyev Ağgöl kəndində ərdə olan bacısı Nurlanagilə gedib-gələrkən onlarla qonşuluqda yaşayan Aytəni (qız azyaşlı olduğundan adı şərtidir) görüb bəyənib.
Azyaşlı qıza vurulan Vüqar bacısının qohumlarının köməkliyi ilə Aytənin mobil telefon nömrəsini öyrənir.
Vüqar Aytənə zəng edərək onu sevdiyini bildirir.