++++++++Megan Fox

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 604
Səs ver:
(səs: 2)
Meqan Foks 16 may 1986-cı ildə Amerikanın Tennessi ştatında anadan olub. Artıq beş yaşında Meqan teatr və rəqs dərsləri almağa başlayıb. On yaşı olanda ailəsi Floridaya köçüb. 13 yaşında rəqs sahəsində qazandığı uğurlar Meqan Foksa həyatının seçimini etmək imkanı verdi.
1999-cu ildə ABŞ-ın Cənubi Karolina ştatında keçirilən "American Modeling and Talent Convention in Hilton Head" rəqs şousunda Meqan bir neçə mükafat qazanıb. Bundan sonra o, aktrisa karyerası etmək ümidilə Los-Ancelesə köçüb. Onun debütü 2001-ci ildə çəkilmiş "Günəşdə istirahət" filmində baş tutub. Sonra "Sənin nəyini sevirəm" serialındakı epizodik rol gəldi. 2004-cü ildəMeqan Foks Hollivudda ikinci dərəcəli rollara çəkildi. O, əvvəlcə Lindsi Lohanla birlikdə "Etiraf" filmində, sonra isə yeniyetmələr üçün nəzərdə tutulan "TV kraliçası" dramı və "Modanın cinayətləri" filmində rol aldı. 2005-ci ildə aktrisa "FHM" dərgisinin üz qabığına çıxdı, növbəti ildə isə jurnalın versiyası ilə 2006-cı ilin 100 ən intimual qadını arasında 68-ci yeri tutdu. 2007-ci ildə çəkilişlər yenidən başladı. "Transformerlər" filmidə canlandırdığı Mikaela obrazı ona əsl şöhrət gətirdi. Həmin ilin iyul ayında "Maxim" dərgisinə verdiyi müsahibədə bəzi narkotik maddə növlərini qəbul etdiyini etiraf edən aktrisa, onlardan xoşlanmadığını bildirib. O, bütün Hollivudun narkotiklərə qurşandığını, özünün isə marixuananın leqallaşdırılmasının tərəfdarı olduğunu vurğulayıb.
 

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 0
Baxılıb: 2 604
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri