++++++++Demet Akalın: Ana olmaq istəyirəm, amma ola bilmirəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 151
Səs ver:
(səs: 0)


"Səhər saat 8-də işə gedən, axşam 8-də evə qayıdan bir ərim olmasını istərdim", - deyərək dua edirdi.Diləyi qəbul olundu. O, Okan Kurta ərə getdi, ailə qurdu.
İndi yeganə istəyi var, o da nikahının tacı olacaq bir uşaq.

"Okanla əla ailəmiz var. Nə o ifrat qısqancdır, nə də mən. Evimizdə xidmətçi də yoxdur", - "Popstar Alaturka" musiqi yarışmasının münsiflər heyətinin üzvü Demet Akalın söyləyib.
Hərdən araq və ya tekila içdiyini etiraf edən müğənni daha sonra bildirib: "Çox kiçik bir şəhərdə, Gölcükdə doğuldum, orada böyüdüm. Anam, qohumlarım oradadırlar, 15 gündən bir oraya gedib sevdiyim insanlara baş çəkirəm. Çox böyük ailədə böyüdüm, amma ailəmin elə olmssını istəməzdim. İndiyədək ana olmamağımın səbəbi də bəlkə yaxşı ana ola biləcəyimə inamsızlığım ilə bağlıdır.
O zamanlar düşünürdüm ki, ana olsam, karyeramda gerilyərəm. İndi anlayıram ki, səhv etmirəm. Ötən il hamiləliyimi yarımçıq saxlamaq məburiyətində qaldım. Sonra hamilə qala bilmədim. Dərman içirdim, bir-iki ay olar ki, dayandırmışam".
Akalının dediyinə görə, səhhətində problemlər olduğundan hamiləliyini yarımçıq bitirib. Əks təqdirdə səhhətində çox ciddi problemlər yarana bilərmiş.
"İndi Allahdan yeganə istəyim ana olmaqdır. O bəxtəvərliyi yaşamaq istəyirəm. Ərimdən çox razıyam, amma övladımın da olmasını, Okanı daha bəxtəvər etmək istəyirəm. Uşaqdan savayı Allah nə istəmişəm, verib", - söyləyən müğənninin sözlərinə görə, övladlığa uşaq götürmək istəsə də, əri bu ideyanı yaxşı qarşılamayıb.
"40 yaşı keçdiyim üçün mənə körpə uşaq vermirlər. Qanuna görə, 7-8 yaşlı uşaqlara analıq edə bilərəm. Okan yaşca məndən kiçik olduğu üçün onun şansı daha çoxdur.
Amma ərim övladlığa uşaq götürmək istəmir. Surroqat anaya ehtiyacım yoxdur. Əslində çox dərman içmişəm, ana ola bilərəm. Sadəcə, psixoloji problemlər var. Bəlkə də, sakitləşsəm, hər şeyin yoluna düşəcəyinə ümid edirəm", - Akalın söyləyib.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 151
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri