Bakının hansı rayonunu fahişələr üçün leqallaşdırmaq olar?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 12 564
Səs ver:
(səs: 7)
İctimaiyyət olaraq fahişəliyin əleyhinə ola bilərik. Lakin, faktlar onu sübut edir ki, bu sahədə ölkə olaraq ciddi problemlərimiz var. Bu dəfəki yazının məqsədi dünya praktikasından çıxış edərək Azərbaycanda intim xidmət göstərən obyektlərin konkret küçələrə daşınmasının mümkünlüyünü araşdırmaqdır.

Təsəvvür edin ki, həyat yoldaşınız və ya sevgilinizlə axşam yeməyi üçün restorana gəlmisiniz. Yeməyin şirin yerində polislər içəri daxil olur. Obyektdə fahişəlik xidmətinin göstərildiyini, qanunsuz hərəkətlər olduğunu sizə deyirlər. Restoranda araşdırma başlayır, hay-küy qopur. Sizinlə heç kimin işi olmasa belə, gününüz zəhərə dönür. Yaxud da həyat yoldaşınız, rəfiqənizlə saunaya gəlmisiniz. Buxarın içində gözünüzə polislər görünür. Ancaq gördükləriniz xəyal olmaya da bilər. Dincəlmək, buxarlanmaq üçün gəldiyiniz sauna fahişəlik yuvası da çıxa bilər. Siz günahsız olduğunuzu sübut edənə qədər diabet xəstəsi ola bilərsiniz.

Sadaladığım durumların heç birindən sığortalanmamışıq. Çünki, Azərbaycanın, demək olar ki, hər bölgəsi haqda həftə səkkiz, mən doqquz fahişəlik xidməti göstərən obyektlər ifşa edilir. Ən maraqlı detal isə ifşa olunan obyektlər uzun illər göstərdiyi fəaliyyətdən sonra yada düşür.
intim xidmətdən istifadə də bizdə bir çox sahələrdəki kimi "Elə, amma heç kim bilməsin” məntiqi ilə fəaliyyət göstərir. Azərbaycan Qanunvericiliyinə görə fahişəlik cinayət hadisəsi yox, inzibati xətadır. Həmçinin pullu intim xidmətdən istifadəyə görə də heç kimi asıb-kəsmirlər.

Hitler və fransız fahişəsi

Hitler deyirdi ki, o ölkə xoşbəxt və mükəmməl olardı ki, fahişəsi fransız, əsgəri türk, mühəndisi alman olardı. Fransada fahişəlik rəsmən olmasa da, hamı tərəfindən Kral Louisin sayəsində qəbul edilib. Kral Louis "Xaç yürüşü” zamanı 13 min fahişəyə əsgərləri yaxşı ruhi vəziyyətdə saxlamaq üçün maaş verib. Ümumilikdə isə Fransada 64 ildir ki, fahişəlik rəsmən qadağan edilib. Parisdə və müxtəlif şəhərlərdə fahişələr pərakəndə fəaliyyət göstərirlər. Qanuni fahişəliyə isə Fransada ən çox etiraz edənlər məhz fahişələrdir. Onlar Fransadakı vergilərdən narahatdırlar.

Dünya nə deyər

İnsanların müəyyən yaşdan sonra intimual tələbatını ödəyə bilməməsini, buna hansısa qadağanın qoyulmasını şərh edərkən sosioloq David Stuckler deyir ki, bu insanlığın məhvi ola bilər. Daxildə basdırılmış intimual istəklərin sonu ictimai partlayışa, insani hisslərin heyvaniləşməsinə, cəmiyyətə qarşı aqressiyaya, bir çox cinayətlərə gətirib çıxara bilər.

Bakıda fahişəlik xidməti göstərən rayonun tarixi neftin fontan vurması ilə üst-üstə düşür. Bakı sənaye şəhərinə çevrildikdən sonra intim xidməti göstərən qadınların toplandığı yer də müəyyənləşib. İndiki Nizami Gəncəvinin heykəlinin yerləşdiyi ərazinin ötən əsrin əvvəlindəki adı Parapet bağı olub. Axşam saatlarında erməni və rus qadınları toplaşarmış. Bakının özündəndeyən kişiləri də qadın seçmək üçün məhz bura gəlirmişlər.

Şərqdə qadağan olunmuş arzular

Heç kimə sirr deyil ki, homointimual münasibətlərin yaranması və tüğyanı Şərqə məxsusdur. Biz nə qədər Şərqi mühafizəkar, ali hisslər beşiyi kimi təqdim etməyə çalışsaq da, tarix bunun əksini deyir. Şərqdə qanunsuz cinsi əlaqənin, intim xidmətinin qadağan olunması, cəzaların ağırlığı homointimual münasibətləri həmişə qabardıb. Məncə, bunu da heç kim danmaz ki, qadınların cinsi zorakılıq, insest əzablar çəkdiyi ölkələr də məhz Şərq ölkələridir. Əfqanıstanda, Pakistan və Hindistanda və sair Şərq ölkələrində evdə yaxınları tərəfindən zorlanmış, qanaxmadan dünyasını dəyişmiş qızlar haqda mətbuatda davamlı yazılar gedir.

İran və Sudanda fahişəlik edəni və fahişə xidmətindən istifadə edəni ölüm cəzası gözləyir.
Macarıstanda və Hollandiyada fahişəlik fəaliyyəti leqallaşdırılıb. Hollandiyada leqallaşdırmanın başlıca səbəbi narkomaniya, HİV-ə yoluxmaya nəzarətin gücləndirilməsidir. Amsterdamda fahişəlik məşhur qırmızı fənərli rayonla məhdudlaşdırılır.

ABŞ-da intim xidməti yalnız Nevada ştatında leqaldır. Nevada da konkret rayonda intim xidməti göstərilir.

Türkiyədə küçə fahişəliyi qeyri-leqal olsa da, fahişəlik xidməti göstərən evlər leqaldır. İstanbulda da Kadıköy adlanan ərazidə "Genelev sokağı”, yəni, "fahişəxana küçəsi” intim xidmətdən istifadə etmək istəyənlərə açıqdır.

300 000-nə yaxın fahişəsi olan İspaniya öz fahişələrinə sarı rəngdə gödəkçə paylayıb. Məqsəd isə gecə saatlarında maşınların qabağına qaçan fahişələri qəzadan qorumaqdır. İspaniyanın paytaxında və digər şəhərlərində də fahişəlik fəaliyyəti üçün konkret ərazilər nəzərdə tutulub.

Turizm və intim xidməti

Turizmin inkişaf etdiyi bütün ölkələrdə, hətta ən qatı İslam ölkələrində belə, paytaxt şəhərlərində intim xidməti göstərən obyektlər fəaliyyət göstərir.
İranda İslam inqilabından sonra Tehranda "Yeni Qəsəbə” adlanan qırmızı fənərli küçə dağıdıldı. Ələ keçən "Xüsusi qadın” adı verdikləri fahişələrin bəziləri öldürüldü. Qalanları isə Tehranın hər yerinə səpələndi. Bundan sonra rəsmi fahişəlik-siğə yarandı. Hazırda Tehranın Cacrud vilayətində fahişə rayonları çox məşhurdur. Vilayətin valisi rayonu dağıtmağı yox, fahişələri maarifləndirməyi məsləhət görüb.

Təbəqələşmə

Qədim peşə sahiblərinin fəaliyyəti gözə çarpaçaq şəkildə artan kimi aralarında təbəqələşmə yaranıb. Bu təbəqələşmənin nəticəsi olaraq fahişələrin xidmət göstərdiyi küçələr, rayonlar meydana gəlib. Hələ orta əsrlərdə İtaliyada, Yunanıstanda fahişə küçələri var idi. Bu küçələrdəki evlərdə orta səviyyəli və çox bahalı fahişələr intim xidməti göstərirdi. Onların qiymətini isə yaşları, gözəllikləri və işlədikləri adam müəyyənləşdirirdi. Ucuz və yaşlı fahişələr isə daha çox qəbiristanlıq həndəvərində və ucuz kafelərdə kişilərə indi adı "fast-food intim” olan xidməti göstərirdilər.

Bakı sakininə sirr deyil ki, "28 May” metrosunun qarşısı, "Səməd Vurğun” bağı Bakıda ən ucuz -5 manata- intim xidmətin olduğu yer hesab edilir. Burada daha çox yaşlı qadınlar işləyir. intim xidməti isə yaxınlıqdakı tualetlərdə və yaxın ərazilərdəki "sutkalıq” adlanan evlərdə göstərilir. Bir vaxtlar "Avropa” otelinin yaxınlığına toplaşan gey və transintimuallar isə 3-cü mikrorayon və Yasamal qəbiristanlığı tərəfə "transfer” edilib.

Bar və diskotekalar

Orta statistik azərbaycanlı üçün bar və diskoteka intim xidməti göstərən qızların toplaşdığı məkandır. Bakıda bar və diskotekalarda "razılaşmadan” sonra cütlük fahişənin əvvəlcədən hazır etdiyi evdə intim xidməti göstərir.
Avropalı üçün istirahət etməyə, həftə sonu viskisini içibb həzin musiqi dinləmək üçün gəldiyi barlar, Bakıda fahişə xidməti göstərən qeyri-leqal məkanlardır. Odur ki, hazırda Bakıda azərbaycanlıların, türklərin girişi qadağan olunan barlar fəaliyyət göstərir. Bakıda işləməyə, yaşamağa gələn insanlar bara yalnız fahişə "tutmağa” gələn yerli sakinlərin olmadığı obyektlərdə rahat istirahət edə bilirlər.

Əslində Bakıda da intim xidməti göstərən masaj salonlarının, saunaların, barların yerləşdiyi küçələr müəyyənləşdirilib. Şəhərin "28 May” metrosundan başlayaraq "Sahil”, "İçəri şəhər”, "Fəvvarələr meydanı” ərazilərində hər tinbaşı bar tapmaq mümkündür. Azərbaycanda leqallaşma olmadan da Bakıda fahişəlik fəaliyyətinin təbəqələşməsi, obyektlərin yerləşməsi çoxdan özünü sübut edib. Belə ki, orta və bahalı intim xidməti göstərən fahişələr Bakının mərkəzindəki obyektlərdə xidmət göstərir, eləcə də şəhərin mərkəzi hissələrindəki evlərdə kirayədə yaşayırlar. Ən ucuz intim xidmətnin göstərildiyi məkanlar isə "Neftçilər” metrosunun, "20 Yanvar” metrosunun, "Həzi Aslanov” və "Əhmədli” metrosunun yaxınlığındakı obyektlərdir.

intim xidməti göstərən obyektlərin rayonlaşması yaxın illərdə real görünməsə də, turizmin inkişafı bu vəziyyəti getdikcə sürətləndirəcək. Bunu danmaq yersiz olardı. Bakı indidən fahişəliyin rayonlaşmasına hazır olmalıdır. İnkişaf etmiş bütün ölkələr bu prosesi keçib. Fahişəlik fəaliyyətinin sıxışdırılması isə daha böyük təhlükələr vəd edir.

Dövlət və ictimaiyyət olaraq fahişəliyin qarşısının alınması üçün pafoslu çıxışlar edə bilərik. Həmçinin, bu fəaliyyəti məhdudlaşdıran qatı qanunlar da qəbul edə bilərik. Lakin, internet əsrində bu mümkün deyil. intimual tələbatını ödəmək istəyən cəmiyyəti boğmalamaq yazının əvvəlində deyildiyi kimi yaxşı şeylər vəd etmir.

Azərbaycanın internet məkanında musiqi və əyləncə saytlarında açıq-aşkar fahişə xidməti təbliğatı gedir. Qadınlar, geylər, transintimuallar göstərdikləri xidməti, telefon nömrələrini "Facebook” ünvanlarını yerləşdirir. Konkret musiqi və əyləncə saytlarında yəqin ki, rastınıza bu cür elanlar çıxıb:
"Adım Gülyadır. Transam. Hər cür intim xidməti göstərirəm. Heç bir xəstəlikdən söhbət gedə bilməz, tam sağlamam. Evimdə görüşürəm. Ciddi olmayanlar zəng etməsin”.
İkinci elanı yazanın dediyinə görə adı Sevincdir. Sevinc intim xidmətindən əlavə masaj da vəd edir. Görüş isə Sevincin təyin etdiyi oteldə baş tuta bilər.

Sevinc və Gulya kimi internetdə saysız-hesabsız qeyri-leqal xidmət göstərənlər var. Onları izləmək, fəaliyyətini məhdudlaşdırmaq isə mümkün deyil. Həmin elanlardan faydalanmaq istəyənlərin çoxu isə yetkinlik yaşına çatmayanlardır. Bu da yeni bir təhlükəyə yol açır. Qeyri-leqal fəaliyyət göstərən fahişə yeniyetmənin yoluxa biləcəyi xəstəliklərə və müxtəlif təhlükələrə cavabdeh deyil.

İctimaiyyət olaraq fahişəliyə və bu xidmətdən istifadə edənlərə üzdə qarşı ola bilərik. Amma bu faktdır ki, Azərbaycanda fahişəlik xidməti göstərən xeyli qadın var. Statistik rəqəmlər göstərir ki, hər il müxtəlif qəza və xəstəliklər nəticəsində yüzlərlə fahişə həyatını itirir. Son 11 ay ərzində ölkədə 500-ə yaxın vətəndaş HİV-ə yoluxub.

Söhbət qətiyyən əyləncə və intimual istəkləri nəzarətə götürməkdən getmir, xəstəlik və təhlükələri aradan qaldırmaqdan gedir.
(səs: 7)
Şərhlər: 3
Baxılıb: 12 564
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri