AzVision.az saytı unikal və maraqlı bir layihə təqdim edir – biz sizi Azərbaycan jurnalistikasının ən gözəl xanımları ilə tanış edirik. Gözəl olan onların təkcə qələmləri deyil!
Növbəti qonağımız Space telekanalında yayımlanan "Sehirli pərdə” verlişinin aparıcısı Fizzə İsmayılovadır.
Fizzə İsmayılova 1991-ci il iyunun 16-da Cəbrayıl rayonunda anadan olub. 240 saylı orta məktəbin məzunudur. Məktəbi bitirdiyi il Azərbaycan Dövlət İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinə daxil olub.
2011-ci ildə, ali təhsilini başa vuran Fizzə televiziyada çalışmağa başlayıb. Tamaşaçılar onu Xəzər televiziyasında yayımlanan "İkinci sənət” proqramı ilə tanıyıb, seviblər. Hazırda isə Fizzə "Space” kanalının ən baxımlı verilişlərindən olan "Sehirli pərdə”nin aparıcısıdır.
Boş vaxtlarında velosiped sürür, idmanla məşğul olur. Maraqlı yerləri gəzməyi, görməyi çox sevir. Adrenalin və maraq dolu hər şey onun diqqətini çəkir.