Adı xəyanətdə hallanan birinci xanım dənizdə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 708
Səs ver:
(səs: 1)
Bir müddət öncə mətbuatda Monako şahzadəsi II Albertin xanımı şahzadə Şarlen Uitstokun ərinə xəyanət etdiyi haqda xəbər yer almışdı.

"Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, həmin xəbərə heç bir reaksiya verməyən birinci xanımın İtaliya sahillərində istirahət edərkən şəkilləri yayılıb. Maraqlısı isə odur ki, Albert üzgüçü yoldaşı Şarlenin yanında bu dəfə də olmayıb.

Xatırladaq ki, xəbərdə iddia olunmuşdu ki, "First Lady” ərinə xəyanəti o, Amsterdamda olarkən edib. Belə ki, II Albert Amsterdamda kralllığın tacqoyma mərasiminə yollanıb. Bu zaman Şarlen Cənubi Afrikada uzun müddət öncə hazırlanmış xeyriyyəçilik təşkilatına qatılacağını bildirib. Lakin o, yeni zellandiyalı reqbiçi Bayron Kelleherlə tennis matçında ikən paparatsilərin obyektivinə tuş gəlib.

Cütlüyün şəkilləri ilk dəfə Cənubi Afrika mətbuatında, daha sonra isə dünya mətbuatında yayılıb. Yayılan şayiə ilə bağlı Monako sarayından açıqlama verilməyib.

 

 

 

 

 

 


(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 708
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri