Gəncədə qız ali məktəbə daxil oldu və intihar etdi...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 991
Səs ver:
(səs: 2)

Gəncədə qız ali məktəbə daxil oldu və intihar etdi...

Vüsalənin normal təhsil ala bilməsi üçün ailəsinin maddi imkanı yetərli olmayıb.

Dünən Gəncə şəhərində intihar hadisəsi baş verib.

Qadinlar.Biz oxu.az-a   istinadən xəbər verir ki, Gəncənin Kəpəz rayonu, 7 saylı orta məktəbinin məzunu Fərzəliyeva Vüsalə Ələddin qızı özünü yaşadığı Elbrus Allahverdiyev küçəsindəki binanın damından asıb.

Gəncə hüquq-mühafizə orqanlarından verilən məlumatda isə intiharın şok səbəblərindən bəhs edilir.

Həmin informasiyada bildirilir ki, gənc qızın özünə qəsd etməsinin səbəbi maddi imkansızlıq olub.

Belə ki, Fərzəliyeva Vüsalə bu ilki imtahanların nəticələrinə görə, ali məktəbə qəbul olunsa da Bakıda normal təhsil ala bilməsi üçün ailəsinin maddi imkanı yetərli olmayıb.

Ali təhsil almağı nə qədər arzulasa da Bakıda yaşayamaq və təhsil almaq onun üçün əlçatmaz olduğu qənaətinə gəlib və sonda çıxış yolunu canına qəsd etməkdə görüb.

Qeyd edək ki, bu Gəncədə son zamanlar dördüncü intihar hadisəsidir.

(səs: 2)
Şərhlər: 7
Baxılıb: 5 991
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri