1974-cü ildə Gəncə şəhərində anadan olmuş E.Ə. 25 noyabr 2011-ci il tarixdə, saat 17 radələrində yaşadığı evin hamamında çimdikdən sonra onunla eyni evdə yaşayan qardaşı S. Ə.-in arvadı T. Ə. ilə zorla cinsi əlaqədə olmaq istəyib.
Qadinlar.Biz`in xəbər verir ki, E.
Ə. hamamdan çıxandan sonra T. Ə. ilə zorla cinsi əlaqədə olmaq məqsədi
ilə paltar geyinmədən dəsmala bürünərək dəhlizə çıxıb. E. Ə. həmin vaxt
özü ilə bıçaq da götürüb.
Həmin vaxt E. Ə. dəhlizdə olan T. Ə.-yə onunla cinsi əlaqədə olmağı
təklif edib. T. Ə. onun bu təklifini rədd eib. Bu zaman E. Ə. əlindəki
bıçağı nümayiş etdirərək T. Ə.-ni öldürməklə hədələyib. Onu azyaşlı oğlu
R. Ə.-in gözü qarşısında zorlamağa cəhd edib.
Zorlamağa cəhd, silah, narkotik…
Belə ki, E. Ə. qardaşı arvadının əynindəki xalatın yaxasından dartıb
cırıb, sonra əli ilə T. Ə.-yə bədən xəsarəti yetirib. O, qardaşı
arvadını döşəmə üzərinə yıxaraq onunla zorla cinsi əlaqədə olmağa cəhd
edib. Lakin T. Ə. aktiv müqavimət göstərib. O, evin dəhlizindəki qırıq
stolun taxta parçası ilə E. Ə.-nin baş nahiyyəsindən vuraraq özündən
kənara itələyib. Bundan sonra T. Ə. evdən qaçıb.
Bundan başqa, E. Ə. istintaqa məlum olmayan mənbədən satış məqsədi
olmadan 0,281 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan
heroini və 144,82 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə
olan qurudulmuş marixuananı əldə edib. O, heroini üstündə saxlamaqla
daşıyıb, marixuananı isə yaşadığı evdə yatdığı otaqda olan divanın
altında saxlayıb. 26 noyabr 2011-ci il tarixdə keçirilən baxış zamanı
qeyd edilən narkotik vasitələr aşkar edilərək götürülüb.
Bu əməlləri ilə E. Ə. Cinayət Məcəlləsinin 29,149.2.4-cü (zərərçəkmiş
şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma
hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlamağa cəhd), 228.4-cü
(qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı
əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan
ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə)
və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri
və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə
etmə və ya saxlama) maddələri ilə ittiham edilib. Cinayət işinə
baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Narkotik maddə qəbul etmirəm və namaz qılıram”
Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən E. Ə.
Cinayət Məcəlləsinin 29, 149.2.4 və 234.1-ci maddələri ilə özünü
təqsirli bilməyib. O, həmin Məcəllənin 228.4-cü maddəsi ilə özünü
təqsirli bilərək göstərib ki, üstündən və yaşadığı evdən aşkar olunmuş
narkotik maddə olan heroin və marixuana ona məxsus deyil:
"Hazırda narkotik maddə qəbul etmirəm və namaz qılıram. Noyabrın 25-dən
26-na keçən gecə yaşadığım küçədə səs-küy saldığım üçün Gəncə şəhər
Nizami rayon Polis İdarəsinin polis əməkdaşları məni idarəyə gətirdilər.
Həmin gecəni polis idarəsində qalmışam. Orada üstümə iki dəfə baxış
keçirilib.
Üstümdə olan əşyaları götürüblər. Lakin üstümdən narkotik vasitə aşkar
olunmayıb. Noyabrın 26-da, saat 10 radələrində Gəncə şəhər Nizami rayon
Polis İdarəsində Sulduz müəllim cibimə narkotik vasitə atıb. Ona
etirazımı bildirmişəm ki, narkotik vasitə mənə məxsus deyil. Həmin
idarənin polis əməkdaşları Sulduz, Rəşad və tanımadığım polis işçiləri
məni döyüblər. Yaşadığım evin otağında aşkar olunmuş marixuana da mənə
məxsus olmayıb. Kiminsə tərəfindən həmin narkotik vasitə yaşadığım otağa
qoyulub.
Məndə heç bir zaman narkotik vasitə olmayıb. Gəncə şəhər Nizami rayon
Polis İdarəsində cibimdən aşkar edilmiş bir ədəd bıçaq mənə məxsus olub.
Həmin bıçağı bir ay əvvəl Gəncə şəhər Mərkəzi Kolxoz bazarından
tanımadığım bir şəxsdən almışam”.
"Qardaşım arvadını zorlamağa cəhd etməmişəm”
Təqsirləndirilən şəxs daha sonra ifadəsində qardaşı arvadını zorlamağa cəhd etməsi ittihamından danışıb:
"Qardaşım arvadını zorlamağa cəhd etməmişəm. Onu bıçaqla hədələməmişəm.
Bunlar hamısı şər və böhtandır. Noyabrın 25-də qardaşım, qardaşım
arvadı və qardaşım arvadının bacısı ilə yaşadığım ev üstündə
mübahisələrimiz olub. Əvvəllər qardaşım və onun arvadı ilə
münasibətlərimiz yaxşı olub. Qardaşım arvadının borcu olduğu üçün qapıya
gələn borc sahiblərinə görə aramızda mübahisə yaranıb.