Ailə faciəsi: ərinə xəyanət etdi, uşağını öldürdü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 529
Səs ver:
(səs: 0)
Türkiyənin paytaxtı Ankarada ailə faciəsi yaşanıb. 26 yaşlı F.E. ərinə xəyanət edib, nikahdankənar əlaqədən doğduğu uşağını öldürüb.

Milli.Az DHA-ya istinadən bildirir ki, 34 yaşlı Ç.E. işdən evə qayıdanda arvadı F.E.-ni al qan içində görüb. Hadisə Keçiören rayonunda yaşanıb.
4 yaşlı qızı olan F.E. qonşuluqdakı kişi ilə nikahdankənar əlaqədə idi və ərinə xəyanət edirdi. Bu əlaqədən hamilə qalan F.E. hamiləliyini ərindən və qohumlarından gizləməyə müvəffəq olub.

Srağagün sancılanan F.E. evdə doğmalı olub. Hamam otağına keçən F.E. burada doğub, sağlam dünyaya gəlmiş uşağın göbəyini özü kəsib.
Bundan sonra uşağı gizləməyə çalışan ana körpəni həyətdəki paltar səbətinə tullayaraq üstünə əski-üskü atıb.
Uşaq orada boğularaq ölüb.

Əri evə gələndə onu qan içində görəndə isə F.E. deyib: "Bu, qadınlarda olur, fikir vermə". Lakin qanaxma dayanmadığından Ç.E. təşvişə düşüb və arvadını xəstəxanaya aparıb.
Xəstəxanada müayinə zamanı F.E.-nin doğduğu bəlli olub.

Qadın polisə aparılıb və o, ifadəsində deyib: "Ərim məni daim döyürdü. Hamilə qaldığımı gec öyrəndim. Qarnımın şişdiyini sanırdım. Sonra da hamilə olduğumu ərimə deməyə imkan tapmadım. Evi təmizləyəndə sancılandım, uşağı saldım. Bunu qəsdən etmədim. Doğandan sonra qarnımı şalla sarıdım. Bu zaman ərim evə gəldi".

Əri isə bildirib: "Etiraf edirəm ki, arvadımla davalarımız olurdu. Amma onu heç zaman döyməmişəm. 4 yaşlı qızıma görə onu boşamaq, ailəmizi dağıtmaq istəmirdim. Sən demə, qonşudakı kişi ilə yatır, mənə xəyanət edirmiş. Arvadımın mobil telefonuna baxın: orada məşuqundan gəlmiş nə qədər açıq-saçıq SMS-lər tapmışam".

F.E. doğduğu uşağın ərindən olduğunu desə də, məhkəmə ekspertizası doğulan və öldürülən uşağın atasının başqa şəxs olduğunu DNT testi vasitəsilə dəqiqləşdirib.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 529
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri