Afaq Aslan: “Mütləq sponsurun sevgilisi olmalısan, pastelindən (yatağından) keçməlisən”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 30 094
Səs ver:
(səs: 5)
Afaq Aslan: "Əgər biri sənə sponsorluq təklifini irəli sürürsə...”

Azərbaycanın şou biznes aləmi o qədər qarma-qarışıqdır ki, hər gün yeni bir səsi qulaqlarımız məcburən eşitməli olur. Amma elə səslər var ki,doğurdan da  həzin və məlahətli səslənir ki,doğurdan da o səsləri eşitmək istəyirik. Şou biznesimizin başqa bir üzü isə dedi-qodu,dava-dalaş,müğənnilərin sponsor üstündə bir-birlərinin saçını yolmasıdı.


 


-Afaq Aslanı tanıyaq.Siz oxucularımıza özünüzü necə təqdim etmək istərdiniz?
-Afaq Aslan hərdən şimşək kimi çaxan iddialı və öz prinsiplərinə nail olmagı bacaran, hərdən də kövrək və həssas qəlbə malik olan sadə bir xanımdir...!
-Bu gün şou aləmi demək olar ki, daha çox qalmaqallarla dolu bir abu havada davam edir.Siz de şou dünyasında bu havada olanlardansınız yoxsa?
-Xeyr... Düşünürəm ki, artıq qalmaqallar edib qalmaqallarla gündəmə gəlmək mənim xarakterimə zidd olan bir haldır. Mən qalmaqallardan uzagam və belə halların da olmasına çalışmıram.

 


-Afaq xanım moda ile arası necədi?
-Mən özüm  ali təhsilli dizaynerem.Əlbətdə moda ilə aram çox gözəldir.
-Açıq-saçıq daha çox seksi modalara üstünlük verirsiniz,yoxsa mentaliteti diqqətə alırsınız?
-Mənim fikrimcə dəb insana yaraşanı geyinməkdir.İstərsə açıq-saçıq olsun istərsə də qapalı insan özünə yaraşanı geyinməlidir.
-Bu sualı elə belə vermədim. Bu gün səhnədəkilərin çoxu soyunurda, o üzdən ...
Əgər bu soynmaq ifrat dərəcədə deyilsə və müğənninin bədən olçülərinə yaraşırsa pis baxmıram. Çünki bütün dünya ulduzları səhnədə açıq-saçıq geyinir. Burda qeyri adi bir şey yoxdur məncə.

 


-Siz bu açıq-saçıq və seksi geyimlərdən yararlanırsız davamlı olaraq, yoxsa aradabir istifadə edərsiniz?
Açıq-saçıq geyimlərdən...
Açıq-saçıq geyimləri sevirəm. Amma dərəcəsində. Əgər insanın bədən ölçüləri hansısa açıq-saçıq bir geyimi daşımağa imkan verirsə burda pis nəvar axı.Sadəcə hər bir şeydə olduğu kimi, geyim sahəsində də ifrata varmaq lazım deyil.

 


-Bu gün modda olan xüsusən də şou aləmində sponsordu.Sizin də sir deyilsə sponsorunuz varmı?
Bu günkü gündə mənə sponsorluq etməyi təklif edən bir çox nüfuzlu iş adamları var və bunu da gizlətmirəm. Amma sadəcə olaraq onu qeyd etmək istərdim ki, Azərbaycanda sponsor anlayışı bir az başqa cürə səslənir. Əgər bir insan sənə sponsorluq etmək təklifini irəli sürürsə bu təklifin arxasında başqa məqsədlər yatır və mütləq həmin insanın sevgilisi olmalısan,  pastelindən (yatağından) keçməlisən. Ona görə də mən hələki belə təklifləri dəyərləndirə bilmirəm. Çünki bir insanın sevgilisi olmaq üçün ilk növbədə o insan mənim qəlbimi ram etməlidir. Hal-hazırda maddi dəstəyini ailəmdən alıram.
-Repertuarınızda daha çox hansı janırda mahnılara üstünlük verirsiniz?
-Estrada, pop janrında oxuyuram mən.

 


-Sevdiyiniz biri varmı.Yəni ürəyinizi açdığınız və ya qəbinizi oğurlayan?
Hal-hazırda yoxdur. Mənim qəlbimi oğurlamaq heç də asan bir iş deyil.Hər adama da nəsib olmur qəlbimə girə bilmək (gülür)
-Yəni bu qədər iddialısınız və sizin qəlbinizə gedən yolda aşılmayan dağları fəth etmək istəyən necə biri olmalıdır?
İlk növbədə özünə güvənən biri olmalıdır və zəif insan olmamalıdir. Güclü kişilərə qibtə edirəm hər zaman. Öz hisləri qarşısında əyilməyən qadına ram olunmayan kişilər daha çox diqqətimi cəlb edir.

 


-Bu günə kimi heçmi həyatınızda biri olmadı?
Şəxsi həyatla bağlı çox dərinə getməyək.
-Dava-dalaşı sevirsiniz?
Xeyir,əsla. Təbiətcə sakit xarakterə malikəm. Bacardığım qədər dava-dalaşdan qaçmağa çalışıram. Çünki xaraktercə haylı-küylü insan deyiləm.  Amma vay o gündən ki, kimsə quyruğumu tapdalaya da. Sakit və rəhmli olduğum qədər quyruğumu basan insanlara qarşı bir o qədər də qəddar və əzazil oluram. (Gülür)
-Çünki, bəzi şou əhli var ki,saçyoldu ilə,dava-dalaşla-atmacalarla gündəmdə qalmağa üstünlük verir deyə, ona görə soruşdum?
Xeyir mənim üçün yaddır belə şeylər. Heç bir zaman da özümə arzulamaram belə hallarla gündəmə gəlməyi və gündəmdə qalmağı.
-Hər bir məsləkdə adətdir, biri-obirini bəyənmir və görürsən ki, adı gələndə,səsi gələndə əsəbləşir.Siz kimin adına-kimin səsinə qıcıq olursunuz, yaxut da  sizi əsəbləşdirir?
Hər müğənninin öz sənəti və öz oxuma janrı var. Və hər bir müğənninin sənətinə də hörmətlə yanaşıram.
Sualınızın ikinci hissəsinə gəldiik də, nə bilim vallah mən onu deyə bilərəm ki, nəyin ki,şou biznesdə, hətta başqa sahədə çalışan insanların da sənətlərinə hörmətlə yanaşmağa çalışıram. Çünki insanların bostanına nahaqdan yerə daş atmaq xainlik əlamətidir. Mən əgər sevilən bir müğənninin bostanına durduğum yerdə daş atsam ,bu o deməkdir ki, mən o müğənninin xainliyini edirəm və paxıllığını çəkirəm. İnanın ki, şou biznesdə baş verən dava-dalaşların  çoxu da xainlikdən və paxıllıqdan irəli gəlir çoxvaxt.

 


-Foto alibomunuzda qırmızı köynəkli oğlanla daha bir az yaxın gördüm.Bilmək olar kimdi?
"Xəzər”TV-də  çalısan  "Bizim gün” verlişinin aparıcısı Anardır. Səkilləri də canlı yayımdan sonra çəkdirmişik. Niyə soruşdunuz? Sevgili kimi görsənirik ki? (gülür)


-Sevgiliniz olsa, təbii ki, onu qısqandıra biləcək şəkillıərdi...
-Yox sadəcə proqramdan sonra çəkilib.
-Sizi bir qədər də Ebru Polata bənzədirlər?

-Doğrudu Türkiyə də məni doslarım Azərbaycanın Ebru Polatı deyə çağırırlar.

-Maraqlıdır ki,Türkiyə mətbuatına müsahibənizdə Ebru Polatla olan foto dan da istifadə olunub.

-Bəli bənzədildiyimiz üçün bundan istifadə ediblər.

 

(səs: 5)
Şərhlər: 7
Baxılıb: 30 094
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri