Pişik Günel: “50 milyona kim soyunmaz ki?” ETİRAF

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 23 714
Səs ver:
(səs: 10)
Müğənni Günel Ələkbərova uzun müddət çəkilişlərdən imtina edib.

Buna səbəb sənətçinin bir vaxtlar dodaqlarının xoşagəlməz hala düşməsi olub.

"Space” telekanalında yayımlanan "Şou +” verilişinə qonaq olan Günel buna görə plastik əməliyyata üz tutduğunu bildirib:

"Dodaqlarım xoşagəlməz hala düşmüşdü. Əvvəllər deyirdim ki, öz dodaqlarımdır. Amma sonra etiraf etdim ki, silikon olub. Onlardan xilas olmağa çalışırdım. Bun görə bütün çəkilişlərdən də imtina edirdim. Nəhayət, ürəyimcə həkim tapıb əməliyyata getdim. İndi nəticədən razıyam”.

Günel haqqında çıxan "50 milyon versələr, soyunaram” söhbətinə də aydınlıq gətirib:

"50 milyonu kimə versələr, soyunar. Kim bu qədər pul qarşılığında soyunmaz ki? Buna görə məni qınayan müğənnilərin özlərinə 50 min versən belə, soyunarlar. Şükür ki, bu günə kimi lüt, açıq-saçıq fotolarım olmayıb. Bir dəfə çimərlik geyimində şəkillərim olub. O da çimərliyə gedəndə paltoyla gəzməyəcəkdim ki. Dəniz kənarında kimsə telefonla çəkib yayıb. Buna isə normal baxıram”.
(səs: 10)
Şərhlər: 11
Baxılıb: 23 714
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri