Ebru Gündəşin ərinin tutulma səbəbi bilindi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 999
Səs ver:
(səs: 2)
Türkiyəli müğənni Ebru Gündəşin həyat yoldaşı, azərbaycanlı iş adamı Rza Zərrab polis tərəfindən saxlanılıb.

Qadınlar.biz "Hürriyyət"ə istinadən xəbər verir ki, Baş Prokurorluğun İstanbulda həyata keçirdiyi əməliyyat nəticəsində daha 17 iş adamı asayiş keşikçilərinin nəzarəti altına alınıb.

Tanınmış biznesmen Əli Ağaoğlu, Türkiyənin Daxili İşlər Naziri Muammer Gülərin, İqtisadiyyat Naziri Zəfər Çağlayanın, Ətraf Mühit və Şəhərsalma Naziri Ərdoğan Bayrakdarın oğulları da onlar arasındadır.

İş adamlarının bir neçə səbəbdən saxlanıldığı ortaya çıxıb:

Türk vətəndaşlığı olmayan şəxslərə rüşvət qarşılığında vətəndaşlıq verilməsi;
Şübhəli pul köçürmələri;
Yenidənqurma işlərinin qadağan olunduğu ərazilərdə rüşvət qarşılığında tikinti aparılması.

Korrupsiya qalmaqalının məşhur TOKİ layihəsi ilə bağlı olduğu ehtimal olunur.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 4 999
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri