28 yaşlı qadını uşağının gözü önündə zorladılar, əri isə boşadı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 20 255
Səs ver:
(səs: 4)
Türkiyədə evə oğurluğa girən şəxs mənzildə rastlaşdığı qadını zorlayıb.
Qadınlar.Biz-in Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, hadisə Diyarbakırda baş verib. Evə girən cinayətkar qadını qorxutmaq üçün onun azyaşlı qızını tutub və qadına "qızını öldürəcəm”, - deyərək onu zorlayıb. Hadisədən xəbər tutan 28 yaşlı H.A-nın həyat yoldaşı əsəbiləşib və arvadını boşamaq qərarına gəlib. O bildirib ki, arvadı əlində bıçaq olan və uşağını öldürəcəyi ilə hədələyən adamla cinsi əlaqədə olmaqla ona xəyanət edib. Cütlük məhkəmə qərarı ilə rəsmən boşanıblar.
 
Araşdırmalarla müəyyən edilib ki, cinayəti törətmiş şəxs Fatih adlı gəncdir. O, evə girərkən nə ilə rastlaşacağını ehtimal etməyib. Əlində bıçaq tutmuş Fatihi görən ev sahibəsi "nə istəyirsən götür, amma uşağıma toxunma” deyib. Cinayətkar isə oğurluq fikrindən daşındığını və qadınla cinsi əlaqədə olmaq istədiyini bildirib. Ondan sonra cinayətkar qucağında tutduğu 3 yaşlı qızı buraxıb və qadını övladının gözü qarşısında zorlayıb. Lakin az sonra H.A-nın 10 yaşlı oğlu və həyat yoldaşı məktəbdən gəlib və qapının zəngini çalıb. Vəziyyətin gərginləşdiyini görən Fatih isə yarıçılpaq vəziyyətdə hamamda gizlənib. Evdə başqasının olduğunu bilən H.A-nın əri onu tutub və polisə təslim edib. Məhkəmə qərarı ilə Fatih.M 6 il müddətinə həbs cəzasına məhkum edilib. Lakin onun qadına təcavüz etdiyi sübuta yetirilsə də, H.A-nın əri onun cinayətkarla yatmasını bağışlamayıb. 
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 20 255
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri