Leyla Əliyeva: "Oğlanlarım mənə minnətdar olacaqlar" - fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 6 260
Səs ver:
(səs: 2)
Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əkiz oğlanlarına olan arzusunu paylaşıb.

1Lady.Az xəbər verir ki, Leyla Əliyeva əkizləri Əli və Mikayıl haqqında arzularını yazıb. Bu barədə bacısı Arzu Əliyeva şəxsi "Facebook” səhifəsində paylaşıb.

Rus dilində yazılan mətnin Azərbaycan dilində tərcüməsini təqdim edirik:

"Oğullarım Əli və Mikayıl. Onlar əkizdirlər və eyni zamanda tamamilə fərqli uşaqlardır. İki oğul anası olmaq əlbəttə ki, böyük xoşbəxtlikdir. Amma eyni zamanda çox çətindir. İndi onlar elə bir yaş dövründədilər ki, diqqət üçün bir-bir ilə daim mübarizə edirlər. Bəzən otaqlarına girdiyim zaman eşidirəm: "Ona baxma, mənə bax”. Uşaqlar tamamilə məni dəyişib. Mən düşünürəm ki, hər bir qadın uşaq dünyaya gətirdikdən sonra öz prioritetlərini dəyişir. Güclü olur, inamlı olur. İndi mən onların gələcəyinin yaxşı olması üçün əlimdən gələni edirəm. Əminəm ki, oğlanlarım böyüyəndə mənə minnətdar olacaqlar. Onların çox dil bilməsini istəyirəm, amma ilk növbədə ana dilini bilsinlər. Və bu məsəl ilə mən tamamilə razıyam ki, uşaqlar valideynlərinin güzgüsüdür".
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 6 260
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri