Mətanət İsgəndərli narkomandır? - ŞOK İDDİA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 7 536
Səs ver:
(səs: 3)
Bir neçə gün öncə tanınmış gitara ifaçısı, əməkdar artist Rəmişin (Rafiq Hüseynov) verdiyi "şou biznesin 99 faizi narkomandır” açıqlaması geniş rezonansa səbəb olub. Hətta vəziyyət o həddə çatıb ki, narkotik istifadəçisi olan şou nümayəndələri gitaraçıya qarşı birləşmək niyyətindədirlər.

Manşet.Az xəbər verir ki, belə bir vaxtda olduqca ilginc siyahı əldə olunub. Cəmiyyətdə şok effekti yaradacaq, narkotik aslılığından əziyyət çəkən sənət adamlarının adlarının qeyd olunduğu bu siyahını tam şəkildə çap etmirik. Amma həmin şəxslərin bu ziyanlı vərdişlərini sübut edən faktları əldə etdikcə, onları sizə təqdim edəcəyik.

İndiliksə narkotik asılılığından əziyyət çəkməsi barədə xeyli sübutların olduğu bir sənətçinin adını çəkməklə kifayətlənirik. Bu, tanınmış müğənni, respublikanın əməkdar artisti Mətanət İsgəndərlidir. Mənbənin sözlərinə görə, müğənnidə bu asılılıq onda təxminən on ildir ki, yaranıb.

Məlumata görə, M.İsgəndərlinin narkotiklərdən istifadə etməsi ABU-nun keçmiş rektoru Elşad Abdullayevin qardaşı, itkin düşmüş MTN zabiti Mahir Abdullayevlə münasibətlərinin yaranmasından sonraya təsadüf edir. Məlumdur ki, müğənninin adı Mahir Abdullayevlə bağlı açılmış cinayət işində də hallanırdı.

Xatırlatmaq yerinə düşər ki, hələ dörd il öncə sənətçinin keçmiş həyat yoldaşı da müğənninin zərərli vərdişlərdən əziyyət çəkdiyinə eyham vurmuşdu: "Mən Mətanəti evdən artıq onun hərəkətlərinə dözə bilmədiyim üçün qovmuşam. O zaman Mətanət müğənni deyildi, amma hər evə gələndə gözləri parıldayır və ağzından konyak iyi gəlirdi”.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 7 536
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri