Röyanın oğlu ilə yeni fotosu yayılıb - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 6 252
Səs ver:
(səs: 2)
Sosial şəbəkənin aktiv istifadəçilərindən olan müğənni Röya Ayxan ötən gün yeni fotolarını izləyiciləri ilə paylaşıb.

Manşet.Az-ın məlumatına görə, oğlu Hüseyn ilə maraqlı anlar keçirən ifaçı daha sonra kamera qarşısına keçib. Moskvanın Kreml sarayında aprel ayının 18-i konsert verməyi planlaşdırılan müğənni ciddi məşqlərinə baxmayaraq övladı ilə də əylənməyə vaxt tapıb.

İlk olaraq Hüseyni çimizdirdiyini bildirən ifaçı geyimsiz şəklini yerləşdirib. Daha sonra isə oğlunu yatızdırmağa hazırlaşdığını bildirib. İfaçının paylaşdığı fotolar hər kəs tərəfindən maraqla qarşılanıb. Çox saylı şərhlər bildirilib.

Xatırladaq ki, Röya Ayxan ötən günlərdə Moskvada verəcəyi konsert proqramından danışarkən ciddi hazırlıqların getdiyini vurğulayıb: "Biz bunu bacardıq, biz güclü çıxdıq. Aprel ayının 14-ü, yaxud da 15-i Moskvaya yollanacam, 4 gün orada olacam, amma qalan bütün məşqlər Bakıda olacaq. Bu konsertin baş tutma təklifi Samira adlı xanımdan gəlib və təşkil olunub. Bundan qabaq Crocus City-də konsert vermişdim. Mən hər şeyi birdən əldə etməyi xoşlamıram, onda əldə etdiyim tez yox olur. Hər şeyi yavaş və vaxtında edirəm. Ona görə də indi güclüyəm".
(səs: 2)
Şərhlər: 12
Baxılıb: 6 252
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri