Əməkdar artist Mətanət İsgəndərli narkotik maddələrdən istifadə etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Manşet.Az-ın məlumatına görə, müğənni "Şou+” verilişinə açıqlamasında bu xəbəri yayanları məhkəməyə verəcəyini deyib:
"Xəbəri eşidəndə şoka düşdüm. Bu lap ağ oldu. Bu vaxta qədər haqqımda yayılan heç bir xəbərə əhəmiyyət vermirdim. İndi ondan istifadə edib belə yalan yazdılar. Hər kəs yazdığı məqalənin məsuliyyətini dərk etməlidir, dediyi sözə cavabdeh olmalıdır. Buna görə də onları məhkəməyə verdim. Məhkəmədən sonra bu xəbərin hansı məqsədlə yazıldığını açıqlayacam. Indi heç özüm də bilmirəm ki, nə üçün belə böhtan atıblar mənə”.