Müğənni Sevda Yahyayeva imicini dəyişib.
1Lady.Az-ın məlumatına görə, sənətçi saçlarını uzadaraq sarı rəngə boyayıb.
Qeyd edək ki, Sevda məşhur saç boyası brendlərindən birinin reklam siması seçilib. Müğənni açıqlamasında, məhz, buna görə saçlarında tez-tez dəyişiklik etdiyini bildirib.