“Eurovision- 2014”ün qalibi transseksual iştirakçı oldu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 6 758
Səs ver:
(səs: 7)
"Eurovision-2014” mahnı müsabiqəsinin qalibi bəlli olub.

Qadınlar.Biz
xəbər verir ki, səsvermə nəticəsində Avstriyanın transseksual iştirakçısı Konçita Vurst (Conchita Wurst) qalib olub. O, 290 xalq toplayaraq birinci yeri qazanıb. İkinci yerdə 238 xalla Hollandiya təmsilçisi İlse Delange qərarlaşıb. İsveç təmsilçisi Sanna Nielsen isə 218 xalla üçüncü yeri tutub.

Azərbaycanı "Start a fire” mahnısı ilə təmsil edən Dilarə Kazımova yarışmada uğursuz nəticə əldə edərək 22-ci sırada qərarlaşıb.

Azərbaycan 8 xalını Macarıstana, 10 xalını Ukraynaya, 12 xalını isə Rusiyaya verib.

Azərbaycana səs verən ölkələr arasında bunlar olub:

San Marino – 12 xal

Rusiya- 10 xal

Gürcüstan – 7 xal

Belarus- 3 xal

Ukrayna – 1 xal

Xatırladaq ki, ölkəmiz bu müsabiqədə 2008-ci ildən iştirak edir və 2011-ci ildə "Ell and Nikki” dueti "Running Scared” mahnısı ilə müsabiqənin qalibi olub.
(səs: 7)
Şərhlər: 9
Baxılıb: 6 758
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri