Azərbaycanda bəy toy günü gəlini döydü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 6 321
Səs ver:
(səs: 1)
Masallı rayonunda bəyin kobud hərəkəti toyda gəlinsiz qalmasına səbəb olub.

Qadınlar.Biz xəbər verir ki, rayon sakinlərinin milli.Az-a verdikləri məlumata görə, avqustun 18-də bəy toy günü bəzənməsi üçün gəlini gözəllik salonuna gətirib.

Elə orada bəylə gəlin arasında mübahisə düşüb. Əsəbləşən bəy gəlinə sillə vurub. Bundan sonra gəlin ona ərə gəlmək istəmədiyini deyərək bəy evinə getməkdən imtina edib və salonu tərk edib.

Gəlini oğlan evinə gətirə bilməyən oğlan evi toyu gəlinsiz keçirmək məcburiyyətində qalıb. Gecə saat 2-yə qədər toy olub, vur-çatlasın davam edib.

Toyun səhəri gün qızın ailəsi gələrək cehizləri geri qaytarıb.

Hadisənin təfərrüatlarını öyrənməyə çalışırıq.
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 6 321
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri