Azərbaycanlı müğənninin əri: "Kişi çəkdiyi kefi qadın çəkə bilməz”

Müəllif: Menim balam
Şərhlər: 15
Baxılıb: 3 915
Səs ver:
(səs: 2)
Azərbaycanlı müğənninin əri: "Kişi çəkdiyi kefi qadın çəkə bilməz”

Gənc müğənni Gülay Zeynallının həyat yoldaşı Kamil Zeynallı maraqlı açıqlamalar verib.

Kamil yarızarafat-yarıgerçək kişilərin 99 faizinin gəzdiyini etiraf edib: "Gəzməyən kişi yoxdur. Kişilərin 99 faizi gəzir. Amma kişilərin həm də 99 faizi ailəcanlıdır, sağ-sol getsələr də, yenə fırlanıb evinə qayıdacaqlar. Kişini də evdən qaçaq salan qadının gecə-gündüz dığ-dığ etməsidir. Yeri gəldi-gəlmədi, boş bir sözün üstündə dır-dırını kəsmir. Amma hər şey kişidən asılıdır. Kişi evdə elə bir ab-hava yaratmalıdır ki, qadın deyinməsin. Etsə də çox uzatmasın, qısa olsun. Onsuz da ideal, söz-söhbətsiz, dava-şavasız ailə yoxdur. Kim deyirsə var, yalan danışır. Sadəcə, qadın elə etməlidir ki, kişi evdən çıxıb getsə də, yarıyoldan evinə qayıda bilsin”.

Dediyinə görə, ailənin sütununun möhkəm olması qadından asılıdır: ”Boşanıram, çıxıb gedirəm” demək asandır, bunun sonrasını fikirləşmək lazımdır. Qadına hər yaşında söykənə biləcəyi bir divar olmalıdır. Qadın var, deyir ki, bu da bir səhvdir, düzəldəcəyəm, elə edəcəyəm, o etdiyi xəyanətə görə peşman olacaq. Kişi gəzə də bilər, amma gərək qadının yanında büruzə verməsin. Qadın ailənin qeyrəti, güzgüsüdür. Kişi çəkdiyi kefi qadın çəkə bilməz. Heç bir kişinin gözü doymayıb. Doymayacaq da. Kişin gözünü qəbir doyduracaq”.

Kamilin qənaətinə görə, ailəsi ola-ola xəyanət edən kişi evinə qayıdırsa, bu, dəhşətli deyil: "Gedib kiməsə ilişib ailəni tərk edirsə, ən pisi budur. Ailəcənablıq kişinin qanında olmalıdır. Hara getsən də, ailənə qayıtmalısan”.

(səs: 2)
Şərhlər: 15
Baxılıb: 3 915
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri