Şou adamları hansı universitetləri bitiriblər?

Müəllif: Menim balam
Şərhlər: 10
Baxılıb: 3 438
Səs ver:
(səs: 4)
Bir çox şou-biznes nümayəndələrinin adı ucuz qalmaqallarda, yersiz müzakirələrdə hallansa da onlar hamının güman etdiyi kimi heç də savadsız, zəka və bilik səviyyələri aşağı olan insanlar deyil.
 
Xalq artisti Flora Kərimova Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu (1964), Azərbaycan Dövlət Tibb İnstitutunu (1971) və Azərbaycan Dövlət Konservatoriyasını (1977) bitirib.
 
Xalq artisti İlhamə Quliyeva ali təhsil alan məşhurlar sırasındadır. Xalq artisti 1964-cü ildə Azərbaycan Dövlət Universitetini (Bakı Dövlət Universiteti) bitirib.
 
Xalq artisti Faiq Ağayev 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib.
 
Xalq artisti Aygün Kazımova 1977-ci ildə 12 saylı məktəbin 1-ci sinfinə qədəm qoyub. Xalq artisti Bakı Mədəni-Maarif Texnikumu ( indiki Bakı Humanitar Kolleci) daxil olub, ancaq təhsili yarımçıq qalıb.
 
Xalq artisti Zülfiyyə Xanbabayeva isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsini bitirib.
 
Əməkdar artist Tünzalə Ağayeva bir neçə təhsil müəssisəini bitirib. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirib və daha sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi texnikumu fortepiano sinfində davam etdirib. O, həm də Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri alıb. O, hələ 12 yaşındaykən Azərbaycanın görkəmli şairi Səməd Vurğununs özlərinə "Sən o deyilsən” adlı ilk mahnısını bəstələyib.
 
Əməkdar artist Abbas Bağırov isə 1988-ci ildə Gəncə şəhərində 34 nömrəli orta məktəbə daxil olub və eyni zamanda Gəncə şəhəri 2 nömrəli musiqi məktəbində fortepiano üzrə Kamal Şirinovdan dərs alıb. 1998-ci ildə məktəbi bitirib. 2000-2002-ci illərdə Tərtər rayonundakı Maliyyə İqtisad kolecində təhsil alıb. 2002-ci ildən musiqi ilə ciddi məşğul olmaq üçün Bakı şəhərinə gəlib və vokal sənətini ciddi öyrəni öyrənərək müxtəlif sənətkarlardan dərs alıb. 2002-ci ildən Azərbaycanın əməkdar artisti Ənvər Sadıqov ilə çalışmağa başlayıb. Gəncədə yaşayarkən uşaqlıq dostu olan pianoçu və aranjmançı Samir Şirinovla birgə çalışıb. 2003-2005-ci illərdə Bakı Musiqi Akademiyasının müəllimlərindən dərslər alıb.
 
Müğənni Röya Ayxan Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub, təhsilini bitirib.
 
Müğənni Sevda Yəhyayeva orta təhsilini Azərbaycanın Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə alıb. Orta təhsil aldığı zaman 1995-ci ildə Qobu 1 saylı musiqi məktəbinin fortepiano bölməsinə daxil olub. Ali təhsil almaq üçün Milli konservatoriyanın Solo və xanəndəlik (Muğam) fakültəsinə daxil olub.

Müğənni Samir Bağırov Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsini bitirib, Ukraynada hərbi xidmətdə olub.
 
Müğənni Zamiq Hüseynov 1990-cı ildə 53 saylı orta məktəbdə təhsilə başlayıb. 2001-ci ildə orta təhsilini bitirib. 2001-2004-cü illərdə Asəf Zeynallı adına Musiqi texnikumunda xanəndəlik sinfində Zabit Nəbizadədəm dərs alıb.
 
Müğənni İlqarə Kazımova isə Moskva Dövlət Universitetində Menecement ixtisası üzrə qiyabi təhsil alır. İlqarə ixtisasından başqa sənətinə də başlamaq istəyir.

Müğənni Rəqsanə İsmayılova 2013-cü ildə Rusiya universitetlərinin birinin Hüquq fakültəsinə daxil olub.
 
Prodüser Təranə Səmədova Maliyyə və İqtisad Kollecinin maliyyə və vergi hüququ ixtisası üzrə təhsil alıb, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsini bitirib.
 
Müğənni Roza Zərgərli fortepiano sinfinə daxil olub, yeddi illik musiqi məktəbini dörd ilə bitirib. Musiqi Texnikumunda təhsil almağa başlayıb, buradakı təhsilini fərqlənmə diplomu ilə başa vurub. Musiqi Akademiyasında təhsilini davam etdirib, buradan da vokal ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olub. Bundan sonra İncəsənət universitetində təhsil alıb və 2007-ci ildə buranı rejissorluq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 3 438
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri