Qadınlar.biz Almaniyada inanılmaz bir soyğun hadisəsi baş verib. Ana südü gələn bir qadın, əczaxanaya girib, işçilərin üzərinə sinələrindən süd fışqırdıb. İşçilərin diqqəti dağıldıqda da, dükanın kassasından 100 avro oğurlayıb.
Polisin hesabatına görə, oğru ana əczaxanaya girib, bir sinə nasosu almaq istədiyini söyləyib və 20 Avro olan nasos ödənişini, 200 avro ilə ödəyib. Kassir 180 avro pul qalığını verərkən, qadın sinəsini açıb, işçinin üzünə süd fışqırdıb. Qadının bu hərəkətini görən, dükan işçiləri və dükandakı müştərilər, çaş-baş qalıblar.
Süd fışqırtıcı qadın, bu qarışıqlıqdan istifadə edərək, kassadan 100 avro oğurlayıb, sürətlə dükandan qaçdı.