Kərəm Bursin sevgilisindən ayrıldı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 4 175
Səs ver:
(səs: 2)
"Şərəf məsələsi” serialı ilə ekranlara qayıdacaq aktyor Kərəm Bursin "Günəşi gözləyərkən” serialından tanış olduğu sevgilisi, aktrisa Yağmur Tanrısevsindən ayrılıb.

Ilk vaxtlar münasibətlərini mediadan gizlətməyə çalışan cütlük bir müddət sonra kameralar önünə əl-ələ çıxmışdılar. Amma yayılan son məlumatlara görə, romantik cütlük artıq bir aydır ki, ayrılıb.

Qeyd edək ki, Y.Tanrısevsinin "Qaçaq”, K.Bursinin isə "Unutsam, pıçılda”” və "Şərəf məsələsi” filmlərində ayrı-ayrılıqda çəkilmələri və bir-birlərindən uzun müddət ayrı qalmalarının cütlüyün münasibətlərinin bitməsinə səbəb olduğu deyilir. 

Ötən gün barmağında üzüklə görüntülənən Kərəm "Özüm aldım” açıqlamasını vermişdi. O, "GQ Men of The Year” mükafatlandırma mərasiminə də sevgilisi ilə deyil, anası ilə qatılmışdı.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 4 175
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri