Hadisə: “Mən bunu anamdan öyrəndim”

Müəllif: Menim balam
Şərhlər: 6
Baxılıb: 2 524
Səs ver:
(səs: 1)
Uşaqlıqdan Hadisənin səhnələrdə olacağı məlum imiş. Hələ beş yaşından balaca stulunu pəncərənin qabağına qoyar, şalvarını soyunub köynəyinin ətəyini aşağı çəkərmiş ki, mini ətək kimi olsun.. Son günlər geyimi, səhnə şouları ilə gündəmdən düşməyən müğənni Türkiyə mətbuatına maraqlı açıqlamalar verib.
 
- Necəsiniz?
 
- Vallah, kefim yerindədir. Hər şey yolunda gedir. Bir neçə ay öncə albomum çıxdı, sonra ilk klipimiz çıxar çıxmaz ikincisini çəkdik. Səhhətim qaydasındadır. Ətrafımda məni sevən, mənim də sevdiyim, bu yolda mənə yoldaşlıq edən insanlarla birlikdəyəm. Yəni narazı olmaq üçün heç bir səbəbim yoxdur.
 
- Maşallah! Biraz haqqında çox danışılan klipiniz "Prenses”dən bəhs edək. "Prenses” fanatlarınızın istəyinə görə çəkildi?
 
- Albom çıxdıqdan sonra mahnıların izlənmə sayına baxdıq, bunların içərisində "Prenses” çox öndə idi. Əgər bir mahnı çox izlənilibsə "buna klip çəkin!” eyhamı vurulur. "Nerdesin aşkım”dan sonra 2-3 ay gözlədik. Çox gözəl bir mahnı oldu. Klipi uşaqların da izləməsini istəyirəm. Çünki "prenses” deyincə mənim ağlıma balaca qızlar gəlir. Hətta mən də ağ kostyum geyinmişəm.
 
- Uşaqları idarə etmək çətin olmadı?
 
- Təbii ki, asan olmadı. Çünki hamısı fərqli xarakterlərdir. Hərəsinin ağzından bir söz çıxır, inanın, adamın ağzı açıq qalır. "O, nə deyir?” yaxud "O, nə istəyir?” suallarına cavab axtarırsınız. Amma bütün bunlara baxmayaraq çox əyləndim. Mənim üçün çox fərqli bir klip oldu. İlk dəfə bir klipimdə rəqs olmadı. 9 uşaq və 6 aylıq körpə ilə rəngarəng dəli-dolu bir klip çəkdik.
 
- Bundan sonrakı kliplər necə olacaq?
 
- Kliplərdə eyniliyi sevmirəm. "Nerdesin aşkım” ilə "Prenses”i yan-yana qoyub baxın, bir-birləri ilə əlaqələri yoxdur. Çünki fanatlarım başqa qabiliyyətlərimi də görmək istəyirlər. Həmişə rəqs edən qadın olmaq istəmirəm. Bu mahnı belə bir klip istədi. O mahnının gətirdiyi hissiyyata bağlıdır. Mənə görə bu çox əyləncəlidir…
 
- Albomu dinlədiyim vaxt ən çox diqqətimi çəkən sözlər oldu. Hər halda sözlərlə aranız yaxşıdır, yoxsa bu mahnıların hamısının eyni albomda toplanması mümkün olardı.
 
- "Prenses” sifarişlə yazılmış mahnıdır. Sözlər Gökhan Şahinə musiqisi də Emrah Karadumana aiddir. Qadını güclü göstərən, mahnı szöləri olmasını istədik. Mahnı qadının gücündən bəhs edir. Nəqarətin sonunda "Azadlığıma kölgə istəmirəm” deyirəm. "Sən rəqabət istə! Mən buna heyran qalaram” deyirəm. Həqiqətən də heyran qalaram, durma gəl mübarizə aparaq! Yəni bu mahnı sırf mənim üçün yazılıb.
 
- Yəni qadının gücünə inananlardansınız…
 
- Həmişə… Qadınsız dünya fırlanarmı? Fırlanmaz. Kişilər nə düşünürlərsə düşünsünlər əgər bir yerdə qadın yoxdursa, heç nə irəli getmir. Uşaqlara sadəcə qadınlar baxır. Başda anam olmaqla ətrafımda çox güclü qadınlar var. Anamın atamdan ayrıldıqdan sonra həm zəif anlarına, həm də güclü anlarına şahid oldum. Öz zəhməti ilə böyütdü bizi. Əlindən gəldiyi qədər yaxşı təhsil almağımızı təmin elədi. Hər zaman bizi xoşbəxt etməyə çalışdı. Asan iş deyil təkbaşına bunları etmək. Böyük bacım da, mən də qadının gücünü anamdan öyrəndik...
 
- ...Sizin üçün də yaxşı təcrübə olub.
 
- Kişilər də daxil olmaqla heç kimdən nə isə gözləməməyi, öz ayaqlarımın üstündə durmağı öyrəndim. Misal üçün, anam "bir maşından xoşun gəldisə, onu özün alacaqsan", deyərdi. Əlbəttə başqa adət-ənənə ilə tərbiyə olunan uşaqlar da var. Ancaq anam bizi belə öyrətdi. Qadın gücü ilə bağlı söylədiklərim də buradan qaynaqlanır.
 
- Evinizdə ananızın sözü keçirdi?
 
- Həm anamın, həm də atamın. Çox xatırlamıram əslində. Valideynlərim boşananda 11 yaşım var idi.
 
- Uşaqlığınızla müqayisədə indiki qadınların vəziyyətni necə dəyərləndirirsiniz?
 
- Artıq qadınlar daha çox azaddırlar. Narazı olduqları evliliklərini davam etdirmək məcburiyyətində qalmırlar. Ayrılıqdan sonra həyatlarına davam edə bilirlər. Keçmişdə belə deyildi. Demək olar ki, boşanmaq qadağan idi. Anamla atam ayırılanda bütün qohum-əqrəbanın yığılıb bizə gəldiyini xatırlayıram. Məncə, keçmişə görə çox böyük fərq var bu gün. Azadlıq insanı güclü edən bir hissdir.
 
- Sizcə qadının öz ayaqlarının üzərində durmağı kişiləri narahat edir?
 
- Təbii ki, edir. Çünki kişi güclü olmağı sevir. Kişilərdə idarə etmək hissi bizimlə müqayisədə daha çoxdur. Qadınlar daha ağıllı olduqları üçün kişiləri idarə etdiklərini biruzə vermirlər.
 
- "Prenses" mahnısının sözlərində belə bir cümlə keçir: "Şahzadələr kimi idim mən ata evində” Sizə ata evində necə davranılırdı?
 
- Atam bacımla mənə şahzadələr kimi baxırdı. Hətta bir dəfə bayramında bizə şahzadə paltarı da almışdı. Mənimki çəhrayı, bacımınki isə sarı idi. Hər qızın mütləq bu cür arzusu var.
 
- Atanızla bağlı uşaqlığınıza dair başqa nə xatırlayırsınız?
 
- Misal üçün atam işdən gələndə onu dəli kimi qucaqlayardım. Çox yaxşı xatırlayıram, o da mənim ayaqlarımı sığallayardı. Atamın yanında özümü şahzadə kimi hiss edirdim.
 
- Sizin hər zaman əsas qəhrəmanınız ananız olub?
 
- Bəli, həmişə qəhrəmanım idi. Səhnədə "Sənətçi Hadisə”yəm. Səhnədən sonra isə yalnız anamın qızı oluram.
 
- Həmin vaxt bacınız Hülyanın da həyatınızda mühüm bir yeri olub yəqin?
 
- Bəli. Universitetdə oxuyarkən Hülya ilə həftə sonları gündəlik xərclərimizi təmin etmək üçün bir mağazada işləyirdik. Bir dəfə işlədiyimiz mağazada bir dəri gödəkcə vardı, 150 avrom çatmadığı üçün ala bilmirdim. Hülyaya "bunu çox bəyənirəm ancaq 150 avrom çatışmır" demişdim. O da öz xərcliyindən mənə həmin pulu vermişdi. Heç unutmuram o hadisəni. Ən xoşbəxt, ən gözəl anlarımdan biri idi. Nə vaxt bir dəri gödəkcə alsam, o saat həmin hadisəni xatırlayıram. Onun üçün də heç vaxt dəri gödəkcələrimi atmıram. Çünki çətinliklə aldığımız bir gödəkcə idi. Buna görə də dəri gödəkcələr mənə mənalı gəlir.
 
- Həyatda sizi ən çox nə xoşbəxt edir?
 
- Zamana görə dəyişir. Bu da adamın hissləri ilə əlaqəlidir, məncə. Bəzən işləmək xoşbəxt etdiyi halda, bəzən də tərsi olur. "Bu gün anamın yanında olmaq istəyirəm" dediyim zamanlar çox olur. Həmin vaxtlar da onun yanına qaçıram.
 
- Albomunuzun adı "Tövsiyə”dir. Həm kişilərə, həm də qadınlara bir tövsiyə verin desəm…
 
- Qadınlar xanımlığını, kişilər də kişiliklərini bilməlidirlər… Misal üçün bir qadın münasibətlərində kişinin rolunu, kişi də qadının rolunu canlandırmamalıdır. Məncə bu çox əhəmiyyətlidir. Bəlkə də bunun ucbatından qadın-kişi münasibəti çox erkən sonlanır. Hər kəs öz yerini və rolunu bilməlidir.
 
- Məktəb illərində məşhur qız idiniz?
 
- Adi məktəbli idim. Bəzənib-düzənib məktəbə gedən biri olmamışam. Bəzən dikdaban ayaqqabı geyinirdim, bəzən də adi ayaqqabı. Yataqxanada qalırdım. Bacımla birlikdə məktəbə iki il qatarla gedib gəldik. Səyahətimiz çox əyləncəli keçərdi. Başımıza gülməli hadisələr gəlirdi. Bəzən pis günlərimiz də olurdu. Qış vaxtı sübh tezdən başqa şəhərə getmək çox da əyləncəli olmur. Bəzən yurddan məktəbə velosipedlə gedərdim. Məktəbi çox sevən biri idim. Dərsdən qalmağı heç istəmirdim. Bir sözlə, normal bir məktəbli idim.
 
- Qızlar sizi qısqanırdı?
 
- O vaxtlarda yavaş-yavaş musiqi failiyyətimə başlamışdım, mübarizə aparırdım. Musiqi ilə çox maraqlandığım üçün məktəbdə elə bir şey olubsa da, fərqində olmamışam. Heç musiqi barədə də danışmazdım. Məktəbdə məktəblə bağlı danışardım. Hamı kimi normal bir məktəbli idim.
 
- Bəyəndiyiniz biri var idi?
 
- Liseydə aşiq olduğum biri var idi. Hisslərimiz qarşılıqlı idi. Ancaq nə o mənə, nə də mən ona söylədik bunu. Çox məsum bir duyğu idi. Bəzi dərslərdə yan-yana otururduq. Ona görə də o dərslər həmişə özəl idi. Çox yaxşı xatırlayıram, möhtəşəm duyğu idi.
 
- Etiraf etmədiyiniz üçün peşiman oldunuz?
 
- Yox, heç elə bir xatirəm olmadı. Misal üçün, indi onun nə etdiyini bilirəm. Tamamilə fərqli insanlar olduq. O vaxtlarda hər kəs bir şəkildə eşq duyğusuna qapıla bilir.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 524
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri