Müğənni İradə İbrahimova heç vaxt Türkiyə şou-biznesinə qatılmayacaq.
İfaçı orada özünə qarşı hörmətsizlik gördüyünü etiraf edib.
Sənətçi "Şirin çay" verilişində türkiyəli ifaçı Seda Sayanın ona qarşı xoşagəlməz hərəkətindən bəhs edib:
"2003-cü ildə Seda Sayanın verilişində qonaq oldum. Azərbaycana sevgisindən məni elə təqdim etdi ki, istedadıma şübhə ilə yanaşdım. Verilişin sonunda məni efirə çağırıb yeni bir ifaçı kimi təqdim etdi. Seda verilişdə məni alçaltdı, adam yerinə qoymadılar. Halbuki, onda artıq iki albomum var idi. Azərbaycanda ən tanınmış ifaçılardan idim. O verilişə təkidlərlə çıxmışdım, heç istəmirdim. Həmin kadrlar məndə evdə var, amma heç vaxt ortalığa çıxarmıram. Onun mənə hörmətsizliyindən utanıram. O vaxtdan mən Türkiyə şou-biznesindən qaçdım".